Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
680
04.12.2020, 10:50
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Bu qələbənin əldə edilməsində şəhidlərimizin müstəsna rolu var. Məhz buna görə metro stansiyalarına İkinci Qarabağ müharibəsində iştirak edən və şəhid olan qəhrəmanlarımızın adlarının verilməsi təklif olunur. Əsas təkliflərdən biri də gözəl ifası ilə ürəklərdə taxt quran Xudayar Yusifzadənin adının Ağdamda küçələrin birinə verilməsidir.
Oxu24.com xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, cəmi 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ordumuz şərəfli tarix yazıb:
"2783 hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Onların hər biri Vətən uğrunda canlarından keçməklə, əsl qəhrəmanlıq dastanı yazdı. Hər bir şəhidin əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq. Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu muzeydə hər bir şəhidlə bağlı məlumatlar əksini tapacaq. Gözəl səsi və xarizması ilə milyonlarla insanın qəlbində özünə yer etmiş Xudayarla bağlı onu deyə bilərəm ki, belə məsələlər emosiyalarla deyil, qanunla tənzimlənir. "Şəhid adının əbədiləşdirilməsi ilə bağlı" Nazirlər Kabinetinin qaydalarına əsasən, şəhidin adının metroya, küçəyə və s. verilməsi üçün onun minimum 2 dövlət ordeni ilə təltif olunması şərtdir. Təbii ki, hər bir şəhid, qazi, iştirakçı göstərdikləri xidmətin qarşılığını alacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.