Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43305
az

Qardaşı Aprel döyüşlərində, özü isə Şuşada şəhid oldu

19:2203 Dekabr, 2020
611
  • A

İkisi də hərb sənəti seçməklə mənim arzularımı gerçək edib. Uşaqlıqdan hərb sənətinə marağım çox olub. Gələndə ikisinin də alnından öpərdim ki, arzularımı doğrultdunuz. Düşmən bilməməlidir ki, şəhid hərbçi anası bükülmür. Biz onlara göstərməliyik ki, igidlərin dalında igid durur. 

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində Masallıdan olan iki şəhid İntiqam və Nurlan qardaşlarının anası Ziba Əsgərova deyir.

Qardaşlardan biri Nurlan Əsgərov Aprel döyüşlərində şəhid olub. İntiqam Əsgərov isə budəfəki Vətən müharibəsində canından keçib. Hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. Nurlan snayper idi, düşmənin xeyli sayda qüvvəsini məhv edib. Döyüş meydanından cansız bədənini qardaşı İntiqam çıxarmışdı. Sonra yenidən döyüşə qayıtmışdı. İntiqam Əsgərov isə Vətən müharibəsində Şuşa uğrunda döyüşdə şəhid olub.

Şəhid atası Bayram Əsgərov da deyir ki, əsas ağrılı yeri Qarabağın işğal altında olması idi: "Torpaqlarımızı geri qaytarmağa nail olduq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib