Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42894
az

“Azərbaycan məsələ qaldıracaq - Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil...

10:4929 Noyabr, 2020
614
HƏRBİ
  • A

Qarabağ haqda 10 noyabr razılaşmasından sonra Azərbaycanda insanları narahat edən məsələlələrdən biri də separatçıların liderinin sülhməramlıların komandirləri ilə şəkil çəkdirməsi, onlarla görüşlərdə separatçıların bayrağının qoyulması, Araik Arutunyanın Moskvaya səfər etməsidir. Bu kimi hallar təhlükəli siqnallar hesab oluna bilərmi?

 

Deputat Fəzail Ağamalı deyib ki, o SSRİ və Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan şəxs olub və bu gün də mövqeyində qalır: “Lakin biz, bu gün mövcud olan situasiyada xalq olaraq Rusiyanın sülhməramlılarının üzərinə getməli deyilik. Bunu buraxmalıyıq ölkə prezidentinin diplomatik məharətinə və onun atdığı addımları dəstəkləməliyik.

 

Mən parlamentdə də bildirdim, bizim qələbəmizi təmin edən başlıca şərtlərdən biri xalqımızın həmrəyliyi və bütövlüyü oldu. Xalqımız dövləti və Ali Baş Komandanı ilə bərabər oldu. Ona görə də, bizi heç cür daxildən parçalaya bilmədilər. Cəmiyyət bütöv olduğundan ordu arxayın idi ki, onun ailəsi problem, xaos içində deyil.

 

Odur ki, ordu irəli getdi, qələbə qazandı. Ona görə, biz, bu mövqeyi saxlamalıyıq. Mənim birmənalı mövqeyim odur ki, ölkə prezidenti verdiyi bütün sözləri tutub, arxasında dayanıb.

 

Separatçılara gəldikdə, ola bilsin ki, təhlükə görüntüsü yaradır. Mənim özüm də buna baxanda narahat oldum. Gördüm ki, Rusiya generalı separatçı və quldur Arutyunyanla foto çəkdirib və o fotoda separatçıların əski parçası da var. Arutyunyan Paşinyanla son dəfə görüşəndə həmin “bayraq” yox idi. Onun Moskvaya niyə getməsinə gəlincə, ola bilsin ki, tapşırıqlar almağa gedib. Amma istənilən halda, Ermənistan özünün faşist düşüncə siyasətini hansısa formada ifadə etməyə cəhd edərsə, cənab prezidentin dediyi kimi, on qat cavabını alacaq. İnsanlarımız bu məsələdə arxayın olsunlar. Nəhayətdə mənim gümanlarıma görə, rus sülhməramlıları 5 il orada qalası deyil”.

 

F. Ağamalının proqnozuna görə, bütün məsələlər qaydaya qoyulduqdan sonra mümkündür ki, maksimum 15-20 min əlsiz-ayaqsız erməni oraya gəlib yaşamaq istəsin: “Onlar filtrasiyadan keçdikdən, Azərbycan vətəndaşı kimi yaşamaq imkanı əldə etdikdən sonra görəcəklər ki, normal münasibətlər çərçivəsində yaşamaq mümkündür.

Bu zaman Azərbaycan məsələ qaldıracaq ki, türk qardaşlarımız da daxil olmaqla, sülhməramlıların burada qalmasına ehtiyac yoxdur. Beləliklə, bütün sülhməramlılar Azərbaycanı tərk edəcəklər. Mən bunu gözəyirəm, bu, tamamilə real proqnozdur. Ona görə də, gəlin hadisələri qabaqlamayaq, əksinə, prosesləri izləyək”.Azpolitika

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi