Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39476
az

Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı

15:4230 Sentyabr, 2020
567
  • A
2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi həm Ermənistanı və həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir. Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Beləliklə, Ermənistanın hüquqi bir müstəvi təşkil edən Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə etmək cəhdi elə məhz onun özünün əleyhinə çevrilib. Əslində bu qərarla Avropa Məhkəməsi 2015-ci ildə Çıraqov və digərləri Ermənistana qarşı işində çıxardığı qərarda gəldiyi qənaəti – Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması və bu ərazilərdə insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığını təsdiq edib. Bu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalının, habelə cari münaqişənin Ermənistan və Azərbaycan arasında getməsi faktının növbəti hüquqi təsbitidir. Məlum olduğu kimi, Ermənistanın təcavüzkar hərbi birləşmələri Azərbaycanın şəhər və kəndləri, o cümlədən mülki əhali və çoxsaylı mülki obyektləri atəşə tutmaqdadır və bunun nəticəsində dinc əhali arasında ən azından 12 nəfər həlak olub, onlarla insan xəsarət alıb, şəxsi və dövlət əmlakına bərpaolunmaz ziyan yetirilib. Nəticə etibarilə, Avropa Məhkəməsinin 29 sentyabr qərarı Ermənistana Azərbaycan ərazilərində törətdiyi, insan hüquqları və beynəlxalq humanitar hüquqa zidd zorakı əməllərinə son qoymağa dair çağırış mənasına gəlir. Bundan əlavə, Avropa Məhkəməsi Ermənistanı öz öhdəliklərinə riayət etmək üçün görülmüş tədbirlər barədə mümkün qədər tezliklə ona məlumat verməsini istəyib. Qeyd edilməlidir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanmış əks-hücum əməliyyatının gedişi zamanı beynəlxalq humanitar hüquqa tam və qəti şəkildə riayət edilir və heç bir formada mülki əhali və mülki obyektlər hədəfə alınmır. Azərbaycan tərəfi Avropa Məhkəməsinin qərarına uyğun olaraq, öz beynəlxalq öhdəliklərinə riayət edilməsi istiqamətində görülmüş tədbirlər barədə Məhkəməyə müvafiq qaydada məlumatlar təqdim edəcəkdir", - Azərbaycan XİN-dən bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbçilərimizin dəfn yeri müəyyənləşdi
İldırımdan ölən mayor nişanlı olub - Yenilənib - FOTO
DSX-nin 2 hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat etdi

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Cinayətdə şübhəli bilinən 94 nəfər saxlanıldı