Polşa, Litva, Çexiya və Ukrayna rəhbərliyi tərəfindən dəstəklənən dağıdıcı qüvvələrin Belarusda konstitusiyaya zidd olaraq hökumət dəyişikliyi etmək cəhdlərinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin koordinasiyalı fəaliyyəti və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qərarlarına verilən dəstək sayəsində ölkəni özbaşınalıqdan qurtarmaq mümkün olub.
Xrenin əlavə edib ki, Qərbdəki müəyyən qüvvələr “rəngli inqilab” təşkil etmək cəhdində uğursuzluqla qarşılaşaraq, diplomatik və siyasi-iqtisadi təzyiq vasitələrindən istifadə edərək hibrid müharibəyə keçib.
Lukaşenko bundan əvvəl Ukraynanın Polşa, Çexiya və Litva ilə birlikdə Belarusdakı etirazlara nəzarət etdiyini söyləmişdi.
ŞƏRHLƏR