Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3265
az

Azərbaycan “neytral ərazini” azad edib? – Polkovnikdən təfərrüat

11:2629 İyun, 2018
2812
HƏRBİ
  • A
 Bəziləri Naxçıvanda işğaldan azad olunan ərazilərin – Günnüt və Qızılqayanın neytral zona olduğunu deyir. Amma onlar bilmir ki, düşmən dövlətlər arasında neytral ərazi olmur. O torpaq ya sənindir, ya da işğal altındadır.

Oxu24.com xəbər verir ki, bunu  Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. O bildirib ki, Azərbaycan ordumuzun 100 illiyi münasibəti ilə keçirilən paradla həm Ermənistana, həm də onun havadarlarına bir mesaj verdi:

"Azərbaycan hər an Qarabağda müharibəyə başlaya bilər. Sadəcə ölkəmiz özünün humanist prinsiplərinə uyğun olaraq, sülh danışıqlarının nəticəsini gözləyir. Amma bu gözləmə çox uzun çəkə bilməz. Nümayiş olunan yeni hərbi silah və texnika Azərbaycan ordusunun döyüş potensialı və zərbə gücünün göstəriciləridir. Azərbaycan gələcəkdə yeni alınmış silahlarla müharibəyə başlamazdan əvvəl Ermənistanan elə bir sarsıdıcı zərbə vura bilər ki, Azərbaycan əsgəri boş torpağa ayaq basar. "Yandırılmış torpaq” taktikasına uyğun şəkildə Azərbaycan müharibəni aparmağa hazırlaşır. Belə ki, əgər biz müharibə etsək, bu, uzunmüddətli yox, qısa, ildırımsürətli müharibə olacaq”.

Polkovnik vurğulayıb ki, Azərbaycanın aldığı yeni silahlar, xüsusilə, "Polonez” və "Lora” kompleksləri Ermənistanın bütün əməliyyat ordusunun istənilən hədəfini məhv etməyə qadirdir:

"Azərbaycanın artıq qətiyyətli əməliyyatlarının sayı artmaqdadır. Bu əməliyyatlar Ermənistana mesajdır ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt işğaldan azad edə bilər”.

Polkovnik Naxçıvan əməliyyatları nəticəsində işğaldan azad olunmuş torpaqları neytral zona adlandıranlara da münasibət bildirib:

"Düşmən olan iki dövlət arasında neytral torpaq anlayışı yoxdur. Bu müddətə qədər həmin ərazilər Ermənistanın işğalı və nəzarəti altında idi. Naxçıvan əməliyyatlarından sonra isə həmin torpaqlar tamamilə Azərbaycanın nəzarətinə keçdi. Bununla Azərbaycan ordusu ermənilərin bir çox strateji obyektlərini, infrastrukturlarını və Qarabağa gedən yollarını öz nəzarətinə keçirdi”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərhədçilərimiz halı pisləşən erməni uşağa belə kömək etdilər - FOTO
Azərbaycan yeni silah aldı: Xarici ölkədən  edilən istənilən hücumu dəf edəcək
Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin