Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
312
az

Erməni postunu təkbaşına alan şəhidimiz (VİDEO)

12:2906 Aprel, 2018
3229
HƏRBİ
  • A

Dördgünlük müharibənin qəhrəmanı haqqında bilinməyən faktlar

Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra Qarabağdakı ən şiddətli döyüş əməliyyatlarıdır.

2016-cı ildə aprelin 2-dən 6-na qədər olan döyüşlər zamanı 2 min hektardan çox torpaqlarımız düşmən tapdağından azad olunub.

Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yollar düşmən tərəfin nəzarətindən çıxdı.
Hərbi strateji əhəmiyyətə malik yüksəkliklərdə onlarla igid əsgərimizin qanı və canı bahasına Azərbaycan bayrağı dalğalandı. Həmin ərəfədə gözümüz mətbuatda və sosial şəbəkələrdə idi ki, bəlkə kimsə haradansa bir məlumat bilə, paylaşa, bölüşə. Həyəcan, narahatlıq dolu suallar çoxdandır qələbə həsrətli xalqın gözünü qorxutmurdu. Əksinə, otra məktəblərdə, universitetlərdə dəstək nümayişləri keçirilir, gənclərdə, köhnə döyüşçülərdə əzm, intiqam hissi alovlanırdı.

Dördgünlük döyüşlərdə itirdiklərimiz bizə necə bir fəxarət, məğrurluq və qürur qazandırdığını özləri görməsə də yüz il bundan sonra da danışılacaq hekayələr qoyub getdilər.

Aprel döyüşlərində qəhrəmanlıqla döyüşən igidlərimizdən biri də Ravil Elman oğlu Novruzovdur. Döyüş yoldaşları hər doğum və anım günlərində, bayramlarda Ravili ziyarət edirlər.

Əvvəldən xəbərdar idim ki, yenə onu ziyarətə gedəcəklər. Qəbiristanlığın qarşısına çatanda Ravilin valideynlərini də orada gördük. Döyüş qardaşları Ravilin qəbrini ziyarət etdikdən sonra xatirələrini soruşdum. Bu igidlər aprel döyüşlərində yaralanaraq ehtiyatda olsalar da hələ də danışdıqları hər sözdən barıt iyi gəlirdi. Hamısı bir-bir həvəslə Ravilin şücaəti, igidliyi haqqında xatirələrini bölüşdülər. 

Ceyhun Alıcanov – Ravilin döyüş yoldaşı
Döyüş yoldaşını heç vaxt tək buraxmazdı. Bizə həmişə vətənpərvərlikdən danışardı. Ravil ilə bir döyüş yolu keçmişik. Bizə örnək olub, yol göstərib. Ravil Talış kəndi yüksəkliyində şəhid oldu. Orada postu alarkən bütün erməniləri məhv edərək, qəhrəmancasına şəhid oldu. 2 ildir şəhid olub. Amma heç vaxt yadımızdan çıxmayacaq. Qəlbimizdədir hər an. Ravillə bərabər bizim başqa qardaşlarımız da şəhid oldu. Müstəqilliyimiz uğrunda döyüşdülər. Biz də daim onları yaşadacağıq. Onların xatirəsini uca tutacağıq.

Loğman Məmmədov – Ehtiyatda olan zabit, baş leytenant 
Ravil haqqında çox söz demək olar. Qəhrəmanlar qəhrəman ana və atadan əmələ gəlir. Onlar vətəni sevərək yaşayırlar. Bu yolda da öz canlarını, qanlarını əsirgəmirlər. Vətən uğrunda canından-qanından keçən igidlərdir. Novruzov Ravil vətənin işğaldan azad edilməsi uğrunda düşmənlə üz-üzə döyüşərək şəhid olub. Düşmən lovğalanırdı ki, Qarabağ bizim torpağımızdır, biz almışıq, Ravil və onun timsalında digər qəhrəmanlarımız göstərdi ki, bu torpaq onların deyil. O torpaq bizimdir. İnşallah gələcəkdə də döyüşüb o torpaqları azad edəcəyik. Bu yola inanırıq. Bu yolda ən bariz nümunələrdən biri Ravil və digər döyüçş yoldaşlarımızdır ki, bunu xalqa göstərmişlər.  Bu düşmənə bir dağ idi. Düşmənə sübut idi ki, biz varıq. Novruzov Ravil kimi oğlanlar, döyüşçülər var. Və o torpaqları azad edəcəklər.

Hikmət Məmmədov – kapitan
Mən Aprel döyüşlərində Lələtəpə istiqamətiundəki döyüşlərdə iştirak etmişəm. Onu deyə bilərəm ki,  Ravil olsun, digəri olsun onlar haqqında danışanda adam dəhşətə gəlir. Adam vətənini bu qədər sevir, canı bahasına qoruyur. Yaralansalar da yaralı yaralı döyüşdülər və şəhidlik zirvəsinə ucaldılar. Ali baş komandanın əmrini gözləyirik.

İrşad Haşımov – Ravilin döyüş yoldaşı.
Ravil vətənini, torpağını sevən bir şəxs idi. Dəfələrlə mənlə bvirlikdə döyüş taporşırığımda olmuşdu. Həmişə öndə gedirdi. Örnək olurdu. Həm məşqlərdə həm döyüşlərdə bilməyənlərə öyrədirdi. Bütün bu bacarıqları, vətənə olan sevgisi aprel döyüşlərində özünü göstərdi. O posta gedib, Postu alarkən düşmənin önünə tək getdi. Bütün postdakı şəxsi heyəti məhv edərək özü də şəhid oldu. Ravil həmişə bizim yaddaşımızdadır və yaddaşımızda qalacaq.

Ağasəmid Şahgəldiyev – Ravilin döyüş yoldaşı.
Ravilin ruhu bizimlədir. 1 taborun ala biləcəyi yüksəkliyi Ravil tək aldı. Orada 8 ermənini Ravil tək vurdu. Axırıncı əsgəri vuranda da bir-birlərini vurdular. Ravil onu vurdu, sonra o Ravili vurdu. Oturub söhbət edirdik, dərdləşirdik. Bir məqsədi vardı. Deyirdi həmişə şəhid olacam. Bu insan elə idi ki, müdafiə fikirləşən insan deyildi. Özünü düşməndən qorumağı özünə qəbahət bilirdi. Deyirdi kimdir ki, erməni mən özümü ondan qoruyum.  Onun üstünə güllə gəlsə də güllənin üstünə yeriyirdi ki, mən onu məhv edəcəm. Elə elə də o postda tək 8 ermənini vurdu. Axırıncısını vuranda orada şəhid oldu Ravil. Allah ona qəni-qəni rəhmət eləsin. Allah onun atasına-anasına can sağlığı versin ki, bu dövlətə belə qeyrətli oğul nəsib ediblər. Bizim gənclərimiz Ravillə yetişsinlər, Ravili tanısınlar. Torpaqlarımızı ancaq biz belə ala bilərik. Erməni kimdir ki, bizim torpaq ondadır.

Əhliyar Mehdiyev – ehtiyatda olan baş leytenant
Aprel döyüşləri şanlı qələbənin başlanğıcıdır. Bunu yaşadan Ravil kimi onlarla qəhrəmanımızdır. Qəhrəman olan şəxs, şəhid olan şəxs ancaq halal çörək yeyən insanlardır. Biz Ravil qardaşımız da zəhmətkeş anamıızın-atamızın övladı idi.  Bu insan heç vaxt yorulmazdı. Onun çalışqanlığına görə hamı istərdi ki, bütün əməliyyatlarda Ravilin yanında olsunlar. Hər kəs yaxşı bilirdi ki, Ravil dost uğrunda öldürməyə və ölməyə hazırdı.

Araz Məlikov - Ravilin döyüş yoldaşı

 İlk növəbədə Ravilin və digər şəhid qardaşlarımızın valideynləri qarşısında baş əyirik ki, belə igid, mərd, ölməz qəhrəman dünyaya gətirib, o cür tərbiyə ediblər. Ravili heç zaman unutmarıq. Hər zaman bizim qəlbimizdədirlər. Onlar ölməyiblər.  Unudulası bir qardaşlar deyildilər onlar. Ravillə 2 il bir yerdə xidmət keçmişik. Bəzi yoldaşlarla ünsiyyət qurmaq uzun çəkir.  RAVİL, O İNSANIN İÇİNDƏ vətən sevgisi o qədər güclüydü ki, adama döyüşçü kimi, yoldaş kimi tez bir zamanda ünsiyyət qura biulirdi. Şəxsiyyət arasında tez zamanda özünü tanıtdı. Ali baş komandan əmr verərsə biz qazilər, qazi yoldaşlarımız, döyüşçü qardaşlarımız təxris olmağımıza baxmayaraq hər zaman gedib onların qisasını almağa hazırıq. İnşallah da alacağıq. Qanları yerdə qalmayacaq.  Şəhid qanı yerdə qalmaz!

Əliağa Zeynalov – Ravilin döyüş yoldaşı
Ravil aprel döyüşləri zamanı və ondan öncə özünü çox fədakar çox inadkar biri göstərirdi. Apreldə bu fədakarlığın tam açıq səhnəsini Ravilı bizə göstərdi. Biz düşmən postlarda olarkən. Ravilgil bizə köməyə gəlirdilər. Onlar düşmən pusqusuna düşdü. İlk Ravil çıxdı. Dostlarını da çıxardı.  Düşmən səngərinə ilk girən də Ravil oldu. Onun bir şüarı vardı. Ölümdən qorxmaq lazım deyil. Əgər öləriksə şəhid olarıq. Düşmən səngərinə çıxıb ilk qarşısına çıxanı məhv edərək irəliləyirdi. İkinci düşmən əsgəri silahın cihazını vurdu. Ravil dedi ki, mən döyüşcüyəm mən onu məhv etdim ama o məni vura bilmədi. O irəliləyərək düşmənin mövqedə olan əsgəri vurdu. Onun əlində açılan atəş Ravilə dəydi. Nə xoş ki, onlar kimi şəhid qardaşlarımızla xidmət etmişik. Biz bu igid qardaşlarımızı nə qədər ki yaşayacağıq gənclərimizə misal çəkəcəyik. Və o yolu getməyi öyrədəcəyik. 

Ravilin məzarını ziyarət etdikdən sonra valideynləriylə onun sağlığında yaşadığı evə baş çəkdik. Onun otağını, əkdiyi ağacları, əşyalarını gördük. Bəhrəsini görməsə də bir vaxtlar əkdiyi ağaclar artıq tumurcuqlamışdı.

Elman Novruzov – Ravilin atası
Şəhidimizin anası deyir ki, Ravilin yoxluğuyla barışmaq çətindir. Ravilin ölümündən sonra onun yolunu kiçik qardaşı davam etdirir. Bir gün onun hərbi formasını geyinibmiş...

Bu gün Ali baş komandanın döyüş əmrini gözləyən aslan kimi igidlərimiz var. Onlar yenə də yeni yüksəkliklərdə bayraq dalğalandırmaq, yeni qələbə müjdəsi gətirməyə tam hazır əhvaldadırlar. İndiyədək Qarabağda qanı axan vətəndaşlarımız üçün, gözü yaşlı analarımız üçün, qəhər boğan bacılarımız üçün və bu torpaq uğrunda saçlarına qış gəlməmiş gedənlərimiz üçün...



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu