Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3017
az

Tərtər-Ağdərə istiqamətində partlayış, 3 erməni hərbçisinin ölümü

10:5320 İyun, 2018
2321
HƏRBİ
  • A
 Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühəndis xidmətinin rəisi olmuş mayor E.Qriqoryan (bu ilin fevralında xidmətdən uzaqlaşdırılıb) 3 hərbçinin ölümünə, birinin ağır yaralanmasına səbəb olan xidməti yarıtmazlıqda ittiham olunur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komitəsi mayora əsgərlərin ölümü ilə bağlı cinayət işi çərçivəsində rəsmi ittiham elan edib.

Həmin insident ötən il noyabrın 21-də təmas xəttinin Tərtər-Ağdərə istiqamətində baş vermişdi. Döyüş postunda mühəndis işləri zamanı tank əleyhinə mina partlayıb və leytenant Geqam Zəkəryan, sıravilər Sərkis Abramyan və Sərkis Melikyan aldıqları xəsarətlərdən ölüblər. Daha bir sıravi əsgər ağır yaralanıb.

İlkin təhqiqat müəyyən edib ki, minatəmizləyənlərin qrupuna mayor Qriqoryan rəhbərlik edib. O, öz xidməti vəzifələrinə səhlənkar yanaşıb və nəticədə minaların təmizlənməsi işi lazımi səviyyədə aparılmayıb. Məlum olub ki, mühəndis işləri zəruri hazırlıq olmadan aparılıb. Persona mina-partlayıcı vasitələrin maddi hissəsinə malik olmayıb, təhlükəsizlik qaydaları ilə tanış edilməyib və minaların basdırılması, çıxarılması üzrə praktiki vərdişlərə malik olmayıb.

Belə ki, tank əleyhinə minalar əllə, ucu iti lapatka ilə çıxarılıb, onları əllə daşıyıblar. Minalanmış sahəyə baxış keçirilməyib, ancaq görünən minalar çıxarılıb. Torpaq altında qalan minalar elə orada da qalıb. Xüsusi texnikadan istifadə edilməyib. Nəticədə tank əleyhinə minalardan biri partlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU
Bu ölkədə də quş qripi aşkarlandı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ