Bu gün aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib.
Oxu24.com xəbər veri ki, Beynəlxalq Muğam Mərkəzinə baş tutan tədbirdə şəhid ailələri, yaxınları,QHT rəhbərləri iştirak edib. Jurnalist Aida Eyvazlının və şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin təşkilatçılığı ilə keçirilən tədbirdə duyğulu anlar yaşanıb. Belə ki, tədbirin gedişatı zamanı şəhid zabit Rəşid Mehdiyevin anası Məxburə Mehdiyevanın qəfil halı pisləşib və o yerə yıxılıb. Bunu görən millət vəkili Qənirə Paşayeva dərhal şəhid anasına yaxınlaşıb və onu yerdən qaldırıb. Daha sonra Q.Paşayeva tərəfindən əraziyə təcili tibbi yardım çağrılıb.Millət vəkilinin göstərişi ilə şəhid anası xəstəxanaya aparılıb.Q.Paşayevanın bu addımı ətrafdakılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
M.MOxu24.com Oxu24.com
ŞƏRHLƏR