Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
312
01.10.2026, 17:27
Azərbaycan, Özbəkistan və Türkiyə respublikalarının hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində təşkil olunan tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, ordularının baş qərargah rəisləri, eləcə də digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını salamlayaraq təlimin gedişatı, tapşırıqları və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov bu cür təlimlərin ölkələrimiz arasında dostluq və qardaşlığın artırılması, vahid güc formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları, habelə müxtəlif taktiki epizodları icra ediblər.
Təlim sahəsində şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqələrində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektlərin şərti düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə zirehli texnikalarının məhv edilməsi fəaliyyətləri yerinə yetirilib.
Tapşırıqlar döyüş helikopterlərinin, zirehli texnikaların və artilleriya vasitələrinin atəş dəstəyi ilə qarşılıqlı fəaliyyət və uzlaşma şərtlərində icra olunub.
Bununla yanaşı, gəmiyə havadan PUA hücumunun qarşısının alınması, terrorçular tərəfindən ələ keçirilmiş dəniz özülünün, gəminin və girovların azad edilməsi, eləcə də adaya dəniz desantı çıxarmaqla terrorçuların bazasının məhv edilməsi üzrə fəaliyyətlər təqdim olunub.
Eyni zamanda, təlimin Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" və Bakı şəhərindəki "Qaraheybət" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasına aid "Böyük Zirə" təlim sahəsində icra edilən tapşırıqlar onlayn rejimdə izlənilib.
21 sentyabr - 01 oktyabr tarixlərində keçirilən təlimin məqsədi iştirakçı ökələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və dostluq əlaqələrinin gücləndirilməsidir.
Müşahidəçilər tərəfindən təlimdə iştirak edən şəxsi heyətin peşəkarlıq səviyyəsi müsbət qiymətləndirib.
Sonda iştirakçılara hədiyyələr təqdim olunub, təlimdə fərqlənən bir qrup hərbi qulluqçular medallarla təltif edilib.
Qeyd edək ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə yerli və xarici media nümayəndələri də iştirak ediblər.



01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.