Hərbi biletdəki ehtiyata buraxılma maddəsini dəyişmək mümkündürmü? Hüquqşünasdan AÇIQLAMA
26 Oktyabr 2026, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
453
17.09.2026, 21:39
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməsi ilə bağlı suallar yaradır.
Bəs, xaricdə universitet bitirən Azərbaycan vətəndaşının diplomu Azərbaycanda tanınmadıqda onun hərbi xidmətə çağırılması məsələsi hansı qaydada müəyyənləşdirilir və diplomun tanınması ilə bağlı sənədlərin vaxtında təqdim olunması şəxsin hərbi xidmət müddətinə necə təsir göstərə bilər?
Oxu24.com mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi eksperti Üzeyir Cəfərov bildirib ki, xaricdə universitet bitirən Azərbaycan vətəndaşlarının diplomları müəyyən prosedurdan keçərək tanınmalıdır.
.
"Diplom tanındıqdan sonra həmin şəxs ali təhsilli hesab olunur. Əgər diplom tanınmırsa, şəxs müəyyən əsaslarla orta təhsilli hesab edilir və 18 ay müddətinə hərbi xidmət keçməlidir. Hərbi xidmətə çağırılarkən diplom varsa, sənəd çağırışçının şəxsi işinə əlavə olunur və onun ali təhsilli olduğu qeyd edilir. Bu halda hərbi xidmət müddəti bir il olur. Əgər diplom vaxtında əldə edilməyibsə və sonradan alınıbsa, vətəndaşın ailə üzvlərindən biri etibarnamə əsasında diplomu əldə edib, notarial qaydada təsdiqlədikdən sonra hərbi xidmət keçdiyi hərbi hissəyə təqdim edə bilər. Bu sənəd əsasında həmin şəxs qanunvericiliyə uyğun olaraq ali təhsilli kimi nəzərə alınır və bir il xidmət müddəti tamam olduqdan sonra təxris edilir".
Ekspert bildirib ki, diplomun tanınması ilə bağlı sənədin vaxtında təqdim olunmaması, xüsusilə təhsil başa çatdıqdan sonra diplomun müəyyən müddət ərzində hazır olmaması halında, hərbi xidmət müddətinə təsir göstərə bilər:
"Lakin bu, böyük problem deyil və əsasən texniki məsələdir. Şəxs xidmətə başladıqdan sonra diplom əldə edilərsə, sənəd hərbi hissəyə təqdim olunur. Şəxsən mənim praktikamda da belə hal olub. Övladımın diplomunu etibarnamə əsasında mən almışam, təsdiqlətdirib hərbi hissəyə təqdim etmişəm. Çağırış sistemində isə həmin şəxsin ali təhsil aldığı barədə məlumatlar əvvəlcədən qeyd olunur. Çünki onun ali təhsil alması ilə bağlı bir neçə il ərzində Səfərbərlik Xidmətində müvafiq qeydlər aparılır. Ona görə də hesab edirəm ki, burada böyük və ya qlobal problem yoxdur. Bu, əsasən texniki məsələlərdir və valideynlər də lazımi sənədləri təqdim etməklə bu məsələləri həll edə bilirlər".
14:51 / 28 Oktyabr 2026
39
14:42 / 28 Oktyabr 2026
44
14:40 / 28 Oktyabr 2026
59
14:30 / 28 Oktyabr 2026
71
14:18 / 28 Oktyabr 2026
88
14:16 / 28 Oktyabr 2026
61
14:07 / 28 Oktyabr 2026
77
14:00 / 28 Oktyabr 2026
69
13:52 / 28 Oktyabr 2026
101
13:40 / 28 Oktyabr 2026
78
13:25 / 28 Oktyabr 2026
93
13:15 / 28 Oktyabr 2026
110
13:13 / 28 Oktyabr 2026
141
13:05 / 28 Oktyabr 2026
1114
13:05 / 28 Oktyabr 2026
76
13:02 / 28 Oktyabr 2026
74
13:00 / 28 Oktyabr 2026
84
12:50 / 28 Oktyabr 2026
176
12:40 / 28 Oktyabr 2026
166
12:37 / 28 Oktyabr 2026
209
12:35 / 28 Oktyabr 2026
79
12:30 / 28 Oktyabr 2026
71
12:25 / 28 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.