Qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb — Müdafiə Nazirliyi açıqlama yaydı
09 Aprel 2025, 10:16
Qaynar xətt:
(+99450) 247 90 86Aprel döyüşlərindən 9 il ötür
HƏRBİ
213
02.04.2025, 09:04
Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.
Oxu24.com xəbər verir ki 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olub. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik iki uşaq olmaqla, altı mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.
Həmçinin oxuyun
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi məhv edilib, 500-dən artıq hərbçisi isə yaralanıb.
Dördgünlük döyüşlərdən sonra aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirib.
2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, yeddi üzvü “Azərbaycan Bayrağı” ordeni, bir üzvü 2-ci dərəcəli və dörd üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, iki üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Oxu24.com
11:09 / 09 Aprel 2025
“28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
1
11:06 / 09 Aprel 2025
Baş Prokurorluq açıqlama yaydı
2
11:01 / 09 Aprel 2025
DİQQƏT! DİN vətəndaşlara müraciət etdi
4
10:58 / 09 Aprel 2025
Samir Şərifova ağır itki
7
10:55 / 09 Aprel 2025
İlham Əliyev: Ermənistan Araz çayını çirkləndirir
7
10:38 / 09 Aprel 2025
Bu ölkə işıqsız qaldı - FOTO
16
10:16 / 09 Aprel 2025
Qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb — Müdafiə Nazirliyi açıqlama yaydı
140
10:09 / 09 Aprel 2025
Qadın meyiti tapıldı
25
09:56 / 09 Aprel 2025
Valyuta alanların nəzərinə: BAHALAŞDI
26
09:50 / 09 Aprel 2025
Neftinin qiyməti UCUZLAŞDI
27
09:36 / 09 Aprel 2025
Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilir - CANLI YAYIM
35
09:17 / 09 Aprel 2025
Rotavirusla bağlı valideynlərə ÇAĞIRIŞ - VİDEO
30
09:07 / 09 Aprel 2025
Tayvanda güclü zəlzələ oldu
43
08:54 / 09 Aprel 2025
Külək fəsad törətdi
51
01:08 / 09 Aprel 2025
Vətəndaşlara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
95
00:01 / 09 Aprel 2025
Trampa Çindən Cavab - Qlobal böhran dərinləşir
117
23:17 / 08 Aprel 2025
İnsulin dirəncini qırır, bağırsaqları mühərrik kimi işlədir
105
22:11 / 08 Aprel 2025
"Murtuza ilə var-dövləti üçün yox, xasiyyətinə görə evlənmişəm" - FOTO
122
22:07 / 08 Aprel 2025
İlon Mask KASIBLADI
128
21:19 / 08 Aprel 2025
Ukraynaya 1 milyard avroluq hərbi yardım ayırdılar
127
20:42 / 08 Aprel 2025
Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?
167
20:17 / 08 Aprel 2025
Əli Əsədov yeni qərar imzalayıb
816
19:37 / 08 Aprel 2025
Bir ailədə 4 qəhrəman yetişdirən Ana
863
19:23 / 08 Aprel 2025
Xanlar Vəliyev VƏZİFƏDƏN GETDİ
1082
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.