Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ
09 Aprel 2025, 17:29
Qaynar xətt:
(+99450) 247 90 86Aprel döyüşlərindən 9 il ötür
HƏRBİ
238
02.04.2025, 09:04
Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.
Oxu24.com xəbər verir ki 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olub. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik iki uşaq olmaqla, altı mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.
Həmçinin oxuyun
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi məhv edilib, 500-dən artıq hərbçisi isə yaralanıb.
Dördgünlük döyüşlərdən sonra aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirib.
2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, yeddi üzvü “Azərbaycan Bayrağı” ordeni, bir üzvü 2-ci dərəcəli və dörd üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, iki üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Oxu24.com
21:10 / 09 Aprel 2025
6 nəfəri it dişlədi
1
20:50 / 09 Aprel 2025
AK Ukraynaya bərpa üçün 9 milyard avro vəd edir
4
20:45 / 09 Aprel 2025
Xankəndidə işləmək üçün işçi axtarılır - VAKANSİYA
25
20:37 / 09 Aprel 2025
Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib
10
20:20 / 09 Aprel 2025
Suriyanın Rusiyadakı səfiri Dəməşqə geri çağırılması ilə bağlı bildiriş alıb
21
20:18 / 09 Aprel 2025
Piyadanı evakuator vurub öldürdü
17
20:16 / 09 Aprel 2025
"Rusiya bir neçə işğal olunmuş ərazini öz ərazisi kimi bəyan edib" — Əliyevdən Ukrayna-Rusiya müharibəsi barədə açıqlama
88
20:10 / 09 Aprel 2025
Orxan Lökbatanlı kimin üçün darıxıb? — VİDEO
70
20:00 / 09 Aprel 2025
Özbəkistan ABŞ-la yeni saziş imzalayıb
38
19:58 / 09 Aprel 2025
Xələf Xələfov Putinin köməkçisi ilə görüşüb
46
19:36 / 09 Aprel 2025
Nazirin yüksək vəzifə verdiyi xanım kimdir? — FOTO
628
19:29 / 09 Aprel 2025
BƏƏ rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
45
19:27 / 09 Aprel 2025
Çin və ABŞ üz-üzə
42
19:17 / 09 Aprel 2025
Pentaqon rəhbəri Çini qlobal hərbi ambisiyalarda ittiham edib
41
19:05 / 09 Aprel 2025
Ukrayna ABŞ üçün yükə çevrilib
44
18:56 / 09 Aprel 2025
Almaniya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
45
18:42 / 09 Aprel 2025
Məşhur aşpaz görün kimin qonağı oldu
56
18:38 / 09 Aprel 2025
Şəxsiyyət vəsiqəsi oğurlanan adam nə etməlidir? — Hüquqi yardım
173
18:33 / 09 Aprel 2025
İran və Ermənistanın xüsusi təyinatlı qüvvələrinin təlimləri olacaq
51
18:27 / 09 Aprel 2025
Sabah bu rayonda işıq olmayacaq
62
17:51 / 09 Aprel 2025
Müğənnidən canlı yayımda şok: " Sevgilimlə bir yerdə olanda ona xəyanət etdim" — VİDEO
795
17:48 / 09 Aprel 2025
Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq məhkəməyə verildi - Cərimələndi
75
17:29 / 09 Aprel 2025
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ
206
17:20 / 09 Aprel 2025
Lyon bələdiyyə başçısı saxlanılıb
80
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.