Arazın Cırtdanı ilə yağ kimi endirimlər!
07 May 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1329
15.07.2020, 17:59
İyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.
Oxu24.com Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Hər il olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil ediləcək. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası və təlim strategiyalarına aid suallar təqdim ediləcək. Bu ildən namizədlərə məntiq üzrə suallar təqdim edilməyəcək. Namizədlər vakansiya seçimini müsabiqənin test imtahanı mərhələsindən sonra edə biləcəklər. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
Ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq ediləcək.
• Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil ediləcək.
• Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək.
• İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID – 19 testindən keçiriləcək.
• Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.
• Müsabiqənin müsahibə mərhələsi onlayn şəkildə təşkil ediləcək.
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı tamamlandıqdan sonra müsabiqənin test mərhələsinin təşkil ediləcəyi imtahan mərkəzlərinin yerləri və həmin mərkəzlərdə imtahanın təşkil ediləcəyi tarixlər barədə məlumat namizədlərin elektron kabinetlərinə göndəriləcək.
00:00 / 16 May 2026
2
23:36 / 15 May 2026
74
23:31 / 15 May 2026
32
23:27 / 15 May 2026
38
23:25 / 15 May 2026
34
23:22 / 15 May 2026
38
23:20 / 15 May 2026
105
23:19 / 15 May 2026
98
23:19 / 15 May 2026
163
23:15 / 15 May 2026
57
23:09 / 15 May 2026
56
23:08 / 15 May 2026
50
23:04 / 15 May 2026
52
22:50 / 15 May 2026
50
22:44 / 15 May 2026
175
22:33 / 15 May 2026
155
22:24 / 15 May 2026
228
22:01 / 15 May 2026
381
21:31 / 15 May 2026
100
21:21 / 15 May 2026
160
21:10 / 15 May 2026
91
20:59 / 15 May 2026
87
20:55 / 15 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.