Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19331
az

Azərbaycanda bu nazirlikdə 151 nəfər üçün iş var

11:2323 Oktyabr, 2019
1865
ELANLAR
  • A
 
{banner_reklam}

Kənd Təsərrüfatı Nazirliyi 151 vakant yer üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 151 vakant yer üzrə işə qəbul elan edilib. Elana əsasən, nazirlik tərəfindən 47 baytar həkimi, 33 aqronom, 23 aqrokimyaçı,16 aqrotexnik, 12 baytar feldşeri, 5 laborant, 11 sürücü, 4 traktorçu vakant yerlər üzrə işə qəbul ediləcəklər. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər. Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Ağdaş, Astara, Balakən, Bərdə, Daşkəsən, Kürdəmir, Masallı, Qobustan, Qusar, Saatlı,  Salyan Şamaxı, İsmayıllı, Şabran, Tərtər, Ucar, Xaçmaz, Xızı, Yevlax,  Zərdab rayonlarındakı qurumlarda vakant aqronom ştatları
İş haqqında qısa təsvir:
Bu iş bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil etməkdən, əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənməkdən və fenoloji xəritələr hazırlamaqdan, toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət etməkdən, səpin, becərmə, yığım və saxlanılma dövründə toxum tədarükü sahəsində bütün tədbirlərin düzgün, vaxtında həyata keçirilməsinə əməli köməklik göstərməkdən ibarətdir.
Əmək funksiyalarıXəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil etmək
Təsərrüfatlarda aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət etmək
Bitki mühafizəsi üzrə elmin son nailiyyətləri və qabaqcıl təcrübə sahəsində yerlərdə seminar müşavirələrin keçirilməsinə köməklik göstərmək
Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini, pestisidlərin saxlanılmasını, daşınmasını və istifadəsini təşkil edir, bitkilərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak etmək
Təcrübəyə dair tələblər:Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:Aqronomluq,  Bitki Mühafizə, Aqromühəndislik və  Biologiya sahəsində ali təhsil
Kompüter biliklərinə dair tələblər:Microsoft Office Proqramları
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri bilikləraidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları
müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini
sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini
əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını
Sertifikat tələbləri:
Fərdi keyfiyyət tələbləri:
  • Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
  • 360-520 AZN
İş vaxtının norması:
  • 09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Abşeron, Ağdaş,  Cəbrayıl,  Daşkəsən,  Göyçay,  Hacıqabul,  Kəlbəcər, Kürdəmir, Lerik, Masallı, Oğuz, Qobustan,Qax, Quba, Qusar, Salyan, Siyəzən, Şəki, Şirvan, Neftçala rayonlarındakı qurumlarda vakant baytar həkimi ştatları
İş haqqında qısa təsvir:
Bu iş heyvanlar arasında yoluxucu və xüsusi təhlükəli olan heyvan mənşəli xəstəlikləri- qarayara (zoonoz), quduzluq, iri buynuzlu heyvanlarda taun xəstəliklərinin yayılmasının qarşısını almaq, onun müayinə və müalicə edilməsi və tam sağlamlaşdırılması üçün xüsusi tədbirlər görmək, bu xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə vaxtında dərman preparatlarının və vaksinlərin əldə edib peyvənd aparılması işini təşkil etməklə bu sahədə olan nöqsan, qüsur və çatışmazlıqlar barədə aidiyyəti təşkilatlara məlumatlar verməklə yoluxucu və invazion xəstəliklərin baş verməsinin vaxtında qarşısınını almaqdan ibarətdir.
Əmək funksiyaları
 
Xəstəliyin baş verməməsi və yayılmaması, mal-qaranın xəstəliyə qarşı davamlılığını artırmaq məqsədilə iri buynuzlu heyvanlarda, davarlarda   peyvəndlərin aparılması işini təşkil etmək
Təsərrüfatlarda yayıla biləcək xüsusi təhlükəli xəstəliklərin qarşısının alınmasına  nəzarət etmək
Heyvanlar arasında müayinə-müalicə işinin təşkili
Brusellyoz və vərəm xəstəliklərinin insanlar və heyvanlar arasında yayılmamasını təmin etmək
Əhatə etdiyi sahə üzrə respublika ərazisində xəstəliklərin baş verməsinin qarşısının alınması üçün əməli tədbirlər hazırlayıb həyata keçmək
Təcrübəyə dair tələblər:Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:Baytarlıq sahəsində ali təhsil
Kompüter biliklərinə dair tələblər:Microsoft Office Proqramları
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri bilikləraidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları
müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini
əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını
Sertifikat tələbləri:
Fərdi keyfiyyət tələbləri:
  • Ünsiyyət qabiliyyəti, analitik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
  • 360-520 AZN
İş vaxtının norması:
  • 09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Abşeron, Astara,Cəbrayıl, Daşkəsən, Kəlbəcər, Masallı, Şirvan, Şəki , Salyan rayonlarındakı qurumlarda vakant baytar feldşeri (böyük baytar feldşeri) ştatları
 
İş haqqında qısa təsvir:
 
Bu iş  baytarlıq müalicə və profilaktika tədbirlərini müstəqil və ya baytar həkiminin nəzarəti altında həyata keçirməkdən, baytar ləvazimatlarının qorunmasından, yuyulub təmiz saxlanılmasından, iş üçün yararlı olmasını təmin etməkdən, dərman maddələrinin hazırlanmasından, müalicə-profilaktika işlərinin aparılması üçün lazım olan əşya və cihazlara (iynə, şpris və s.) nəzarət edilməsindən ibarətdir.
 
Əmək funksiyalarıBaytar həkimi ilə birlikdə və ya onun rəhbərliyi ilə bütün baytarlıq müalicə işlərinin aparılması
Peyvəndlərin aparılması, iynələrin vurulması
Dərmanların verilməsi
Analiz üçün qan nümunələrinin götürülməsi
Laborator analizlərin aparılmasına köməklik göstərilməsi
Təcrübəyə dair tələblər:Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:Baytarlıq sahəsində orta-ixtisas təhsili
Kompüter biliklərinə dair tələblər:Microsoft Office Proqramları
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri biliklərmüalicə əşyalarından və ləvazimatlarından istifadə qaydası
müalicələrin aparılması qaydası
laboratoriya analizlərinin götürülməsi, analizlərin və müayinələrin aparılması
müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydaları
Sertifikat tələbləri:
  • -
Fərdi keyfiyyət tələbləri:
  • Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
  • 310-350 AZN
İş vaxtının norması:
  • 09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Tovuz, Lənkəran  Sabirabad, Beyləqan, Xocalı rayonlarındakı qurumlarda vakant laborant ştatları
 
İş haqqında qısa təsvir:
 
Bu iş laboratoriyada olan cihaz, mikroskop və digər texniki vasitələri istifadə etmək üçün xüsusi hazırlığa malik olmaqla xam maldan analizlərin götürülməsi, onların analizə hazırlanması, əkilməsi, analizlərinin aparılması işini yerinə yetirilməsindən ibarətdir.
 
Əmək funksiyalarıHeyvanlarda olan keçici xəstəliklərin müayinə edilməsi üçün baytarlıq-sanitariya qaydalarına uyğun olaraq analizlərin götürülməsini və onların yoxlanılması işini aparmaq
Toxum və torpaq nümunələrini götürməklə tədqiqat aparmaq və laboratoriya müayinələri etmək
Götürülmüş ət, piy, toxum və torpaq  nümunələrinində analizlərin aparılmasını təmin etmək.
Təcrübəyə dair tələblər:Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:Ali və ya orta ixtisas təhsili
Kompüter biliklərinə dair tələblər:Microsoft Office Proqramları
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri biliklərmüalicə əşyalarından və ləvazimatlarından istifadə qaydası
müalicələrin aparılması qaydası
laboratoriya analizlərinin götürülməsi, analizlərin və müayinələrin aparılması
müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydaları
Sertifikat tələbləri:
Fərdi keyfiyyət tələbləri:
  • Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
  • 310-350 AZN
İş vaxtının norması:
  • 09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında  Cəlilabad, Göygöl, Masallı, Qazax, Qobustan, Sabirabad,  Şamaxı,  Şəmkir, Tovuz,Xaçmaz, Zərdab rayonlarındakı qurumlarda vakant sürücü vəzifələri, Bərdə, Şamaxı, Şəki ,Balakən rayonlarındakı qurumlarda vakant traktorçu vəzifələri
 
İş haqqında qısa təsvir:
Bu iş avtonəqliyyat və ya traktorun idarə edilməsindən ibarətdir.
 
Əmək funksiyalarıAvtomobilin və ya traktorun idarə edilməsi
Təcrübəyə dair tələblər:-
Təhsil və ixtisas tələblər:Sürücülük məktəbi
Kompüter biliklərinə dair tələblər:-
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri biliklərYol hərəkəti qaydaları
Mexaniki nəqliyyat vasitəsinin texniki parametrlərini
əməyin mühafizəsi qaydalarını, texniki təhlükəsizlik qaydalarını
Sertifikat tələbləri:Sürücülük vəsiqəsi
Fərdi keyfiyyət tələbləri:
  • Nizam-intizamlıq, səbirlilik, diqqətcillik
Əmək haqqı:250-290 AZN
İş vaxtının norması:
  • 09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]



 



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Bərdə, Xocalı, Laçın, Tərtər, Beyləqan, Goranboy, Lənkəran, Quba, Xaçmaz, Siyəzən, Sabirabad, Şəki,  Qax,Salyan,Tovuz, Gədəbəy, Şəmkir, Ucar rayonlarındakı qurumlarda vakant aqrokimyaçı ştatları
İş haqqında qısa təsvir:
Bu iş Laboratoriyanın iş planına əsasən, yaxud torpaq mülkiyyətçisinin sifarişi ilə torpaq tədqiqatını aparmaq,əkin, yaxud çoxillik əkmələr altında olan torpaq sahəsindən aqrokimyəvi analiz aparmaq üçün torpaq nümunələri götürmək, eyni zamanda sələf bitkisi, onun gübrələnməsi, aqrotexnikanın səviyyəsi, torpaqların eroziyaya uğrama dərəcəsi, bitkilərin nəmliklə təmin olunması barədə məlumatları toplamaqdan ibarətdir.
Əmək funksiyalarıAqrokimyəvi torpaq analizləri (mütəhərrik fosfor, asan hidroliz olunan azot, mübadiləvi kalium, torpağın reaksiyası (pH) və s.) laboratoriyasında müvafiq laboratoriya cihazları və reaktivlərlə, bunlar olmadıqda layihə-axtarış kimyalaşdırma stansiyalarında analiz aparıldıqdan sonra, analizin nəticələrini təhlil etmək.
Torpaqda olan qida maddələrinin miqdarına (azot, fosfor və kalium) və planlaşdırılan məhsuldarlığa görə gübrə norması hesablanır. Eyni zamanda torpaq analizi nəticələrinə və toplanmış digər məlumatlara əsasən sahənin aqrokimyəvi pasportu tərtib etmək.
Laboratoriyanın xidmət göstərdiyi ərazidə torpaqların şorakətləşməsi halları mövcuddursa, mütəxəssis tərəfindən torpaq tədqiqatı və aqrokimyəvi analizin nəticələrinə əsasən torpaqların şorakətləşmə dərəcəsi müəyyənləşdirib gipsləmə aparmaq üçün layihə-smeta sənədləri hazırlamaq.
Bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyənləşdirir və istehsalçılara məhsulun tədarük olunması barədə rəy və tövsiyələr vermək
Təcrübəyə dair tələblər:Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:Aqronomluq,  Bitki Mühafizə, Kimya və Torpaqşünaslıq sahəsində ali təhsil
Kompüter biliklərinə dair tələblər:Microsoft Office Proqramları
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri bilikləraidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları
müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini
sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini
əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını
Sertifikat tələbləri:
Fərdi keyfiyyət tələbləri:
  • Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
  • 320-520 AZN
İş vaxtının norması:
  • 09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Göygöl, Quba, Şamaxı, Bərdə, Tovuz, Kürdəmir rayonlarındakı qurumlarda vakant böyük aqrotexnik ştatları
 
İş haqqında qısa təsvir:
 
Bu iş xidmət etdiyi sahələrdə işlərin keyfiyyətlə aparılmasına əvvəlcədən hazırlıq işlərini yerinə yetirmək,avadanlıqların, cihazların qurğuların gigiyenik, təmiz, saz halda saxlanılmasını və daim işlək vəziyyətdə olmasını təşkil etməklə, xidmət etdiyi sahənin xüsusiyyətinə uyğun olaraq nümunələrin götürülməsi, analizlərin aparılması, nəticələri barədə rəy və təkliflər hazırlanmasından ibarətdir.
Əmək funksiyaları İşçilərin əmək şəraitinin mühafizəsini təmin etmək məqsədilə onların xüsusi geyim, qida maddələri, sabun və digər mühafizə vasitələri ilə təmin edir və iş prosesində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl etmək.
Analiz üçün lazım olan kimyəvi məhlul və preparatların saxlanılması, təminatı və istifadə edilməsi işini daim nəzarətdə saxlayır, aparılan analiz, sınaq və təcrübə işləri başa çatdıqdan sonra cihazların alətlərin sanitar gigiyena qaydalarına uyğun olaraq təmizlənməsi, yuyulması, dezinfeksiya edilib növbəti iş prosesinə hazırlanmasını təşkil etmək
Təcrübəyə dair tələblər:Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:Ali və ya orta ixtisas təhsili
Kompüter biliklərinə dair tələblər:Microsoft Office Proqramları
Xarici dil tələbləri:-
Bilməli olduğu zəruri bilikləraidiyyəti sahə üzrə təlimatları, tövsiyələri; cihaz və avadanlıqların saxlanılmasını, onlardan istifadə qaydalarını; kimyəvi məhlulların və preparatların saxlanılma qaydasını, onlardan istifadə metodikasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.
Sertifikat tələbləri:
Fərdi keyfiyyət tələbləri:
  • Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
  • 310-350 AZN
İş vaxtının norması:
  • 09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:-
Vakansiyanın elan edilmə tarixi           22.10.2019Son müraciət tarixi                 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: [email protected]



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu nazirlikdə 151 nəfər üçün iş var

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı-FOTOLAR