Qaynar xətt:

(+99450) 247 90 86

İzmirdə İŞİD  əməliyyatı: 9 nəfər saxlanılıb

İzmirdə İŞİD  əməliyyatı: 9 nəfər saxlanılıb

DÜNYA

297

28.12.2023, 14:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İzmirdə terror təşkilatı İŞİD-a qarşı keçirilən əməliyyatda 9 suriyalı şübhəli saxlanılıb.


Oxu24.com  xəbər  verir  ki,Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosunun koordinasiyasında aparılan araşdırma çərçivəsində 5 suriyalının DEAŞ adına fəaliyyət göstərdiyi müəyyən edilib.

 

Bundan əlavə, 4 suriyalının DEAŞ-la əlaqəsi ola biləcəyi səbəbiylə “təhlükəsizlik məhdudlaşdırma kodu”nun olduğu müəyyən edilib.

 

Kemalpaşa, Tire və Torbalı rayonlarında keçirilən əməliyyatlarda şübhəlilər saxlanılıb.

 

Axtarışlar zamanı tapılan rəqəmsal materiallar ələ keçirilib.

 

Şübhəlilərlə eyni evdə olan 15-i uşaq olan 23 adam deportasiya olunmaq üçün İmmiqrasiya Bürosunun İzmir Şöbəsinə sövq edilib.

 

Müəllif: Nigar