Qaynar xətt:

(+99450) 247 90 86

Ölü sayı artdı

Ölü sayı artdı

DÜNYA

329

28.12.2023, 13:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail qüvvələrinin nəzarətində olan  İordan çayının qərb sahilində Nablus şəhərinə təşkil etdiyi hücumda yaralanan bir fələstinli həyatını itirib.

 

Oxu24.com  xəbər  verir  ki, İsrailin 10 gün əvvəl Qərb Şəriyədə təşkil etdiyi hücumda yaralanan fələstinlini xilas etmək mümkün olmayıb


Fələstin Səhiyyə Nazirliyi 10 gün əvvəl Nablus hücumunda ağır yaralanan Tarik Əl-Şahşirin bu gün dünyasını dəyişdiyini açıqlayıb.

 

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 314-ə çatıb.

 

Digər tərəfdən Fələstinin rəsmi təşkilatı WAFA-da yer alan xəbərə görə, İsrail gücləri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində təşkil etdiyi basqınlarda 16 nəfəri nəzarətə götürüb.

 

Müəllif: Nigar