Qaynar xətt:

(+99450) 247 90 86

İsrail itkilərini açıqladı

İsrail itkilərini açıqladı

DÜNYA

313

28.12.2023, 13:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha üç əsgərin öldüyünü təsdiqləyib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə ordunun mətbuat xidməti (İsrail Müdafiə Qüvvələri - İDF) məlumat yayıb.

 

Bununla da, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri öldürülən İsrail hərbçilərinin ümumi sayı 501-ə çatıb.

 

Xatırladaq ki, İsrail ordusunun “Dəmir qılınclar” əməliyyatı HƏMAS-ın işğalına cavab olaraq oktyabrın 7-də elan edilmişdi və bu əməliyyat zamanı 1200-ə yaxın israilli öldürülmüş, daha 242 israilli isə girov götürülmüşdü. Ertəsi gün İsrailin Əsas Qanununun bəndi qüvvəyə minib, İsraildə rəsmən hərbi vəziyyət elan edilib. Döyüşlər 83-cü gündür ki, davam edir.

 

Müəllif: Miri