Los-Anceles sahillərində güclü zəlzələ olub
28 Noyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
504
27.12.2023, 19:11
Almaniya 2023-cü ildə rekord məbləğdə 11,7 milyard avro dəyərində silah tədarükünü təsdiqləyib.
Oxu24.com xəbər verir ki,bu barədə DPA agentliyi məlumat yayıb.
Əvvəlki rekord 2021-ci ildə Almaniyanın 9,35 milyard avro dəyərində tədarükü təsdiqləməsi ilə qırılıb, Almaniya İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.
Beləliklə, indiki rekord əvvəlki ilə müqayisədə demək olar ki, 25% yüksəkdir, keçən illə müqayisədə artım 40% təşkil edib.
Mesajda göstərilir ki, göstərilən məbləğin 6,15 milyard avrosu silah təchizatı, 5,67 milyard avrosu isə digər müdafiə təyinatlı məhsulların tədarüküdür.
Demək olar ki, 90% Aİ ölkələri, NATO, Ukrayna, Yaponiya, Avstraliya, Cənubi Koreya və “silah ixracına nəzarətin ittifaq ölkələrində olduğu kimi həyata keçirildiyi” digər dövlətlərin payına düşüb.
Üstəlik, 2023-cü il yanvarın 1-dən dekabrın 12-dək təsdiqlənmiş bütün tədarüklərin üçdə birindən çoxu, yəni 4,15 milyard avro Kiyev üçün nəzərdə tutulub.
Qalan ölkələr, o cümlədən İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, təxminən 1,76 milyard avro alıb.
Almaniyanın gələn il büdcəsində Kiyevə silah tədarükü üçün 8 milyard avro nəzərdə tutulub. 2022-ci ilin fevralından Ukraynaya Almaniyadan humanitar, maliyyə və hərbi yardımın ümumi həcmi 25 milyard avronu keçib.
Müəllif: Nigar
01:31 / 29 Noyabr 2026
1
01:22 / 29 Noyabr 2026
46
00:11 / 29 Noyabr 2026
117
23:56 / 28 Noyabr 2026
254
23:47 / 28 Noyabr 2026
114
23:36 / 28 Noyabr 2026
398
23:13 / 28 Noyabr 2026
141
22:57 / 28 Noyabr 2026
133
22:29 / 28 Noyabr 2026
146
22:11 / 28 Noyabr 2026
134
22:01 / 28 Noyabr 2026
139
21:50 / 28 Noyabr 2026
156
21:34 / 28 Noyabr 2026
147
21:22 / 28 Noyabr 2026
164
20:57 / 28 Noyabr 2026
236
20:40 / 28 Noyabr 2026
180
20:24 / 28 Noyabr 2026
173
20:16 / 28 Noyabr 2026
181
20:04 / 28 Noyabr 2026
188
19:43 / 28 Noyabr 2026
196
19:36 / 28 Noyabr 2026
189
19:20 / 28 Noyabr 2026
178
19:08 / 28 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.