Ərdoğan: Məkkə ittifaqı İrana və İsrailə qarşı yaradılmayıb
25 Sentyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
275
26.12.2023, 15:52
Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan və Fransada insan alverində şübhəli bilinərək saxlanılan Hindistan vətəndaşlarını daşıyan sərnişin təyyarəsi Hindistana eniş edib.
Oxu24.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan və tədarük üçün eniş etdiyi Fransada insan alveri şübhəsi ilə 4 gün gözlənilən Hindistan vətəndaşlarını daşıyan sərnişin təyyarəsi bu gün Hindistana eniş edib.
Hindistan vətəndaşlarını daşıyan və Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan Rumıniyada yerləşən Legend Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 21-də yanacaq doldurmaq üçün Fransa hava limanına enib.
Aldıqları xəbərə əsasən hərəkətə keçən Fransa səlahiyyətliləri 300-dən çox sərnişini olan təyyarənin "insan qaçaqmalçılığı" şübhəsi ilə yenidən havaya qalxmasına icazə verməyib.
Günlərlə Fransanın şimal-şərqindəki Şalon-Vatri hava limanında saxlanılan sərnişin təyyarəsinə yenidən uçuş icazəsi verildikdən sonra 276 sərnişini olan təyyarə Hindistanın Mumbay şəhərinə eniş edib.
Sərnişinlərdən 25-i "sığınacaq" üçün müraciət etdikləri səbəbiylə Fransada qalarkən, təyyarədəki 2 sərnişinin "insan alveri" səbəbilə Fransada saxlanıldığı öyrənilib.
Sərnişinlərin əksəriyyətinin BƏƏ-də işləyən Hindistan vətəndaşları olduğu bildirilərkən, Fransa rəsmiləri bəzi sərnişinlərin ABŞ və ya Kanadaya girmədən əvvəl Nikaraquaya getmək istədiyini bildirib.
Digər tərəfdən, təyyarənin niyə Nikaraqua yerinə Mumbaya uçması ilə bağlı heç bir açıqlama verilməyib.
Müəllif:Afət
Həmçinin oxuyun
21:19 / 25 Sentyabr 2026
33
21:17 / 25 Sentyabr 2026
17
21:15 / 25 Sentyabr 2026
43
21:13 / 25 Sentyabr 2026
55
21:09 / 25 Sentyabr 2026
45
20:54 / 25 Sentyabr 2026
144
20:49 / 25 Sentyabr 2026
42
20:44 / 25 Sentyabr 2026
45
20:39 / 25 Sentyabr 2026
51
20:39 / 25 Sentyabr 2026
102
20:25 / 25 Sentyabr 2026
113
20:25 / 25 Sentyabr 2026
54
20:03 / 25 Sentyabr 2026
82
19:59 / 25 Sentyabr 2026
57
19:58 / 25 Sentyabr 2026
59
19:54 / 25 Sentyabr 2026
74
19:52 / 25 Sentyabr 2026
74
19:47 / 25 Sentyabr 2026
55
19:39 / 25 Sentyabr 2026
740
19:38 / 25 Sentyabr 2026
73
19:27 / 25 Sentyabr 2026
370
19:20 / 25 Sentyabr 2026
70
19:10 / 25 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.