Qaynar xətt:

(+99450) 247 90 86

İngiltərə   Qayanaya hərbi gəmilər göndərdi

İngiltərə   Qayanaya hərbi gəmilər göndərdi

DÜNYA

413

26.12.2023, 15:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniya Kral Donanmasının Karib dənizində yerləşən "HMS Trent" gəmisini Esequibo bölgəsi mübahisəsində Venesuelaya qarşı keçmiş müstəmləkəsi Qayanaya dəstək vermək üçün bölgəyə göndərib.

 

Oxu24.com  xəbər  verir  ki, İngiltərə mətbuatına danışan Müdafiə Nazirliyinin sözçüsü mövzu ilə bağlı təfərrüatları paylaşaraq, gəminin ayın sonuna qədər Qayanaya çatacağını qeyd edib.

 

"HMS Trent bu ayın sonunda bölgədəki bir sıra razılaşmalar çərçivəsində Atlantik patrul vəzifəsinin bir hissəsi olaraq regional müttəfiqi və Birlik üzvü Qayanaya səfər edəcək",- deyə bildirilib.

 

“HMS Trent” gəmisi Karib dənizində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün dekabrın əvvəlindən regionda patrul fəaliyyəti həyata keçirir.

 

Böyük Britaniyanın Amerika, Karib hövzəsi və dəniz kənarı əraziləri üzrə dövlət katibi David Rutley ötən həftə Qayanaya səfər edib və ölkəsinə dəstəyini ifadə edib.

Esequibo mübahisəsi

Venesuela və Qayana arasında Esequibo bölgəsi mübahisəsi Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır.

Qayana Britaniyanın müstəmləkəsi olduğu dövrdə, 1899-cu il sərhəd arbitraj qərarına əsasən, Esequibo çayı Qayananın qərb sərhəddi kimi təyin edilmişdir.

Lakin 1966-cı ildə müstəqilliyini əldə edən və 1970-ci ildə Millətlər Birliyinə daxil olan Qayana bu sərhədi tanımır və Esequibo-nu özününkü elan edir.

Hal-hazırda Esequibo bölgəsi və ya "Guyana Esequiba" kimi tanınan bölgə mərkəzi Qayanada Esequibo çayının qərbində və ölkənin şimalında yerləşir.

Rayonun təbii sərvətlərlə son dərəcə zəngin olduğu bildirilir.

 

Müəllif:Afət