Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski rusiyalı pilotlara müraciət edib

Zelenski rusiyalı pilotlara müraciət edib

DÜNYA

425

25.12.2023, 23:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, hər bir rusiyalı pilot münaqişədə iştirak edib-etməmək barədə özü üçün dəqiq seçim etməlidir, çünki Ukraynanın hava hücumundan müdafiə sistemi daha da güclənəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

 

Onun sözlərinə görə, Milad bayramından əvvəl axşam saatlarında Ukrayna hərbçiləri 30-a yaxın pilotsuz uçuş aparatı (PUA) və bir neçə raketi vurub.

 

“Hər bir rus pilotu bu müharibədə iştirak edib-etməmək barədə özü üçün dəqiq seçim etməlidir. Hava hücumundan müdafiəmiz daha da güclənəcək. Üstəlik, biz artıq razılaşdırılmış əlavə sistemlər və F-16 aldıqda”, - Zelenski bildirib.

 

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva Vladimir Zelenski ilə Macarıstanın baş naziri Viktor Orban arasında gələcəkdə danışıqların aparılacağını istisna etməyib. Onun sözlərinə görə, Kiyev “bu səfəri hazırlayacaq və komandalar işləyəcək”.

 

Müəllif: Nigar