Qaynar xətt:

(+99450) 247 90 86

Dilənçinin evindən 400 min dollar pul tapıldı - FOTO

Dilənçinin evindən 400 min dollar pul tapıldı - FOTO

DÜNYA

957

25.12.2023, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İraqda həyatını itirən dilənçinin evindən 380 min dollardan çox pul tapılıb.

OXU24.COM  xəbər verir ki, İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra milyonçu olduğu ortaya çıxıb.
Dilənçinin ölümündən sonra onun iki qardaşı bacısının vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar.

Pulu və qızılları götürüb evdən çıxarkən qonşular onları görüb və dərhal polisə xəbər veriblər.

Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb.

Ölən qadının yaxınlarını saxlayıb.

Qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini bildiriblər.

Ölən qadının oğlunun polis əməkdaşı olduğu da iddia edilib.

Məqaləyə dair fotomateriallar: