Qaynar xətt:

(+99450) 247 90 86

Son 4 gündə 48 İsrail əsgəri öldürülüb

Son 4 gündə 48 İsrail əsgəri öldürülüb

DÜNYA

338

25.12.2023, 00:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəssam Briqadaları öz Telegram hesabında Qəzza zolağında İsrail ordusuna qarşı müqavimət fəaliyyətləri ilə bağlı açıqlama verib.

 

Oxu24.com  xəbər  verir  ki,Açıqlamaya görə, son 4 gündə 24 hərbi əməliyyat həyata keçirən Qəssam Briqadaları Qəzzaya girən İsrail əsgərləri və maşınlarını raket və partlayıcılarla vurub, daha əvvəl partlayıcının yerləşdirildiyi iki tuneli məhv edib.

 

Qəssam snayperləri İsrail əsgərlərini hədəfə alıb.

 

Qəzza zolağında bütün cəbhələrdə İsrail ordusunun qərargahları, səhra komandanlıq otaqları və bölmələri minaatan mərmiləri və qısa mənzilli raketlərlə bombalanıb.

 

Qəssam Briqadaları Qəzzada son 4 gündə həyata keçirdikləri əməliyyatlarda 48 İsrail əsgərinin şəhid olduğunu, onlarla əsgərin yaralandığını, İsrail ordusuna aid 35 hərbi maşının qismən və ya tamamilə məhv edildiyini açıqlayıb.

 

Qəssam Briqadaları həmçinin Tel-Əvivə çoxlu raketlərin atıldığını bildirib.

 

Müəllif: Nigar