Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada ağır qəza: Ölənlər var

Rusiyada ağır qəza: Ölənlər var

DÜNYA

366

24.12.2023, 21:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Rostov-Volqodonsk yolunda iki avtomobilin qarşı-qarşıya toqquşub, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

“İlkin məlumata görə, “Hyundai Solaris” markalı avtomobili idarə edən 2001-ci il təvəllüdlü sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və qarşıdan gələn “Kia Cerato” markalı avtomobillə toqquşub”, - deyə idarədən bildirilib.

 

Toqquşma nəticəsində hər iki sürücünün, eləcə də hər avtomobildə olan sərnişinlərdən birinin öldüyü dəqiqləşdirilir.

 

“Kia”da olan yaralı sərnişin xəstəxanaya çatdırılıb.

 

Polis qəzanın səbəblərini araşdırır.

 

Müəllif: Nigar