Qaynar xətt:

(+99450) 247 90 86

İran Xarici İşlər Nazirliyi Rusiya nümayəndəsini çağırıb

İran Xarici İşlər Nazirliyi Rusiya nümayəndəsini çağırıb

DÜNYA

388

24.12.2023, 20:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran Xarici İşlər Nazirliyi Rusiya nümayəndəsinin Fars körfəzindəki mübahisəli adalarla bağlı bəyanatına görə Rusiya səfirliyinə müvəqqəti işlər vəkilini çağırıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə IRNA yazır.

 

Rusiyanın müvəqqəti işlər vəkilinə səfirin olmadığı müddətdə Moskvanın sülh yolu ilə həllin tapılması çağırışlarına qoşulduğu 6-cı Rusiya-Ərəb Əməkdaşlıq Forumu iştirakçılarının birgə kommünikesi ilə əlaqədar etiraz notası təqdim edilib. 

 

Söhbət İranın 1971-ci ildə işğal etdiyi Əbu Musa, Kiçik Tunb və Böyük Tunb adalarından gedir. BƏƏ də adalara iddialıdır.

 

İran Xarici İşlər Nazirliyi ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətin ölkələr arasında münasibətlərin təməl prinsiplərindən biri olduğunu vurğulayaraq, həmçinin bildirib ki, mübahisəli adalar “daimi olaraq İrana məxsusdur və İran hökuməti hər hansı bir tərəfin hər hansı iddiasını rədd edir. 

 

Bundan əvvəl Kremldə Rusiya prezidenti Vladimir Putinlə İran lideri İbrahim Rəisi arasında 5 saatlıq danışıqlar olub.

 

Bundan əvvəl İran Fars körfəzindəki mübahisəli adalar ərazisində hərbi təlimlərə başlayıb.
​

 

Müəllif: Nigar