Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu Qəzzanın şimalına nəzarəti öz üzərinə götürüb

İsrail ordusu Qəzzanın şimalına nəzarəti öz üzərinə götürüb

DÜNYA

417

24.12.2023, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusu Qəzzanın şimalına demək olar ki, tam əməliyyat nəzarətinə nail olduğunu və qurudan hücumunu zolağın digər ərazilərinə də genişləndirməyə hazırlaşdığını bildirib.

 

 


İsrail ordusu Qəzzanın şimalına nəzarətdən danışsa da, Reuters agentliyi orada hava zərbələrinin davam etdiyini bildirir.

 

Oxu24.com  xəbər  verir  ki,Agentliyin məlumatına görə, bazar günü gecə israillilər Qəzzanın İsraillə şimal sərhədində yerləşən Cəbəliyyə şəhərinin ərazilərini bombalayıblar.

 

Cəbəliyyə sakinləri də bildirirlər ki, İsrail tankları şəhərə daxil olub və orada atəş açır.

 

İsrail ordusunun fikrincə, İDF Qəzzada şiddətli müqavimətlə üzləşir. İsrail ordusu zolağında gedən döyüşlərdə daha doqquz əsgərinin öldürüldüyünü, bununla da ümumi ölənlərin sayının 154-ə çatdığını açıqladı.

 

İsrail hərbi əməliyyatların başlaması və Qəzzaya müdaxilənin başlamasından bu yana 700 fələstinli yaraqlının həbs edildiyini bildirib.

 

Müəllif: Nigar