Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Arktikada ərazisini genişləndirib

ABŞ Arktikada ərazisini genişləndirib

DÜNYA

349

24.12.2023, 12:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Arktika və Berinq dənizində kontinental şelfinin bir hissəsini genişləndirib.

 

Oxu24.com   xəbər  verir  ki, Bloomberg bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

 

“Genişləndirilmiş kontinental şelf, ilk növbədə, Kanada və Rusiyanın da iddia etdiyi strateji əhəmiyyəti artan Arktika və Berinq dənizində təxminən bir milyon kvadrat kilometr ərazini əhatə edir. Birləşmiş Ştatlar həmçinin Atlantik və Sakit okeanlarda, eləcə də Meksika körfəzində şelf sərhədləri elan edib”, - nəşr yazır.

 

Jurnalistlərin fikrincə, ABŞ şelfini genişləndirməklə neft və qaz yataqlarına, eləcə də avtomobil akkumulyatorlarının istehsalı üçün faydalı qazıntılara çıxış əldə etmək istəyir.

 

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Qərbin Arktikanın yüksək enliklərində hərbi mövcudluğunu artırdığını və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu inkişaf etdirdiyini bildirmişdi. .

 

Müəllif:Afət