Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99772
az

12 minə yaxın sakini pis hava şəraiti səbəbindən işıqsız qalıb

12:4924 Dekabr, 2023
107
DÜNYA
  • A

Rusiyanın bu bölgəsi işıqsız qalıb.

 

Soçinin 4 rayonunda 12 minə yaxın insan əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik xətlərində baş verən qəzalardan sonra elektrik enerjisiz qalıb.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

“Soçinin dörd rayonunda elektrik enerjisi təchizatında fasilə yaranıb, ümumilikdə 11 800-ə qədər insan elektrik enerjisinin kəsilməsi zonasındadır. Əsas səbəb hava elektrik xətlərinin sıradan çıxmasıdır”, - deyə məlumatda bildirilir.

 

Əlverişsiz hava şəraitinin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 119 nəfər canlı qüvvəsi və 40 texnikası cəlb olunub. İdarədən verilən məlumata görə, şəhərdə 8 binanın dam örtüyü uçub. Sakinlər köçməkdən imtina ediblər.

 

Bildirilir ki, dekabrın 24-ü səhər saatlarında şəhərdə 53 ağac aşılıb. Bundan əlavə, ətraf ərazilərin su basması ilə bağlı 40 məlumat daxil olub. Fırtına xəbərdarlığı növbəti gün üçün də qüvvədə qalır.

 

Şənbə günü Soçidə 19 təyyarə pis hava şəraiti ilə əlaqədar alternativ aerodromlara yola düşüb. Eyni səbəbdən bütün Krasnaya Polyana və Roza Xutor marşrutları bağlanıb.

 

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi bir neçə rayonda elektrik enerjisinin verilişində fasilələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı