Rusiyanın bu bölgəsi işıqsız qalıb.
Soçinin 4 rayonunda 12 minə yaxın insan əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik xətlərində baş verən qəzalardan sonra elektrik enerjisiz qalıb.
Oxu24.com xəbər verir ki,Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Soçinin dörd rayonunda elektrik enerjisi təchizatında fasilə yaranıb, ümumilikdə 11 800-ə qədər insan elektrik enerjisinin kəsilməsi zonasındadır. Əsas səbəb hava elektrik xətlərinin sıradan çıxmasıdır”, - deyə məlumatda bildirilir.
Əlverişsiz hava şəraitinin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 119 nəfər canlı qüvvəsi və 40 texnikası cəlb olunub. İdarədən verilən məlumata görə, şəhərdə 8 binanın dam örtüyü uçub. Sakinlər köçməkdən imtina ediblər.
Bildirilir ki, dekabrın 24-ü səhər saatlarında şəhərdə 53 ağac aşılıb. Bundan əlavə, ətraf ərazilərin su basması ilə bağlı 40 məlumat daxil olub. Fırtına xəbərdarlığı növbəti gün üçün də qüvvədə qalır.
Şənbə günü Soçidə 19 təyyarə pis hava şəraiti ilə əlaqədar alternativ aerodromlara yola düşüb. Eyni səbəbdən bütün Krasnaya Polyana və Roza Xutor marşrutları bağlanıb.
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi bir neçə rayonda elektrik enerjisinin verilişində fasilələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR