Qaynar xətt:

(+99450) 247 90 86

Husilər Hindistan yaxınlığında İsrail gəmisinə hücum ediblər

Husilər Hindistan yaxınlığında İsrail gəmisinə hücum ediblər

DÜNYA

289

23.12.2023, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistan sahillərində (Veravaldan təxminən 400 km cənub-qərbdə) Ərəbistan dənizində kimyəvi maddələr daşıyan ticarət gəmisi pilotsuz təyyarənin hücumuna məruz qalıb. Gəmidə partlayış olub və yanğın başlayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.


Məlumata görə, dəniz təhlükəsizliyi şirkəti Ambrey gəminin Liberiya bayrağı altında üzdüyünü, lakin "İsraillə əlaqəli olduğunu" bildirib.

 

Şirkətdən verilən məlumata görə, təyyarədə olan yanğın söndürülüb, xəsarət alan olmayıb.

 

Şirkət həmçinin bildirib ki, Hindistan Hərbi Dəniz Qüvvələri hadisəyə "cavab verib", lakin dəqiq nə məlum deyil.

 

Böyük Britaniya Ticarət Gəmiçiliyi İdarəsi (UKMTO) gəmilərə ərazidən ehtiyatla keçməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

 

Eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli nümayəndəsi bildirib ki, “İsrail və ABŞ-ın təcavüzü davam edərsə, cavab başqa bir dəniz yolunu bağlamaq olacaq”.

 

Müəllif:Anar