Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə ordusu kürd yaraqlılarının hücumuna cavab verib

Türkiyə ordusu kürd yaraqlılarının hücumuna cavab verib

DÜNYA

289

23.12.2023, 19:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cümə günü axşam İraqda türk hərbçilərinə qarşı hücumdan sonra İraqın şimalında və Suriyada terrorçu Kürdüstan Fəhlə Partiyasından ən azı 12 yaraqlı öldürülüb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

“Bu günə qədər İraq və Suriyanın şimalında 12 terrorçu məhv edilib. Onlara qarşı mübarizə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - Türkiyə prezidenti qeyd edib.

 

Şənbə günü, dekabrın 23-də Türkiyə Müdafiə Nazirliyi dekabrın 22-də İraqın şimalında PKK yaraqlılarının hücumu və ondan sonrakı döyüş nəticəsində 6 əsgərin həlak olduğunu bildirib.

 

Müəllif: Miri