Qaynar xətt:

(+99450) 247 90 86

1,5 milyon sakin İstanbulan  köçürüləcək

1,5 milyon sakin İstanbulan  köçürüləcək

DÜNYA

365

23.12.2023, 19:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ərdoğan İstanbulun 1,5 milyon sakini üçün abadlıq proqramını açıqlayıb

 

Türkiyə beş il ərzində İstanbulun bir milyon yarım sakininin köçürüləcəyi yenilənmə proqramına başlamağa hazırlaşır.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən xəbər verir.

 

“İstanbulda təxminən 7,5 milyon bina var ki, bunun da 6 milyonu yaşayış binasıdır. Onlardan 600 mini əsaslı şəkildə təmir edilməlidir. Məqsədimiz 5 il ərzində yaşamaq üçün təhlükəli hesab edilən 1,5 milyon evin sakinlərini məskunlaşdırmaqdır”, - deyə Ərdoğan bildirib.

 

Türkiyədə 2023-cü ilin birinci yarısında baş verən güclü zəlzələlərdən sonra zəlzələyə davamlı yaşayış evləri və digər binaların tikintisi planları aktuallaşıb.

 

Mart ayında Türkiyədə zəlzələlərdən sonra 820 mindən çox binanın istifadə edilə bilməyəcəyi açıqlanmışdı.

 

Bu gün də Türkiyədə daha kiçik maqnitudalı zəlzələlər davam edir.

 

Daha əvvəl Türkiyədə 7,0 bal gücündə zəlzələ zamanı 600 min mənzilin dağılacağını proqnozlaşdırmışdılar.

 

Müəllif: Miri