Qaynar xətt:

(+99450) 247 90 86

Polşada etirazçılar Şegini-Medica keçid məntəqəsinin qarşısını kəsəcəklər

Polşada etirazçılar Şegini-Medica keçid məntəqəsinin qarşısını kəsəcəklər

DÜNYA

305

23.12.2023, 18:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dekabrın 24-də polşalı etirazçılar Ukrayna ilə sərhəddəki Şeqini-Medika keçid məntəqəsinin blokadasını dayandıracaqlar.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  RBC-Ukrayna Polşanın Aqrar Siyasət Nazirliyinin vitse-nazirinin sözlərinə istinadən məlumat yayıb.

 

Bayram günlərində blokadanı qaldıracaqlarına söz verdikləri də bildirilir.

 

Dekabrın 22-də Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, Ukrayna və Polşa sərhədində yenidən yük maşınlarının böyük tıxacları yaranıb.

 

Dekabrın 18-də məlum olub ki, Polşa daşıyıcıları Dorohusk-Yaqodin keçid məntəqəsini yenidən bağlayıblar. Bu, yerli məhkəmənin daşıyıcılara Ukrayna ilə sərhəddə yeni blokadaya başlamağa icazə verməsindən sonra baş verib.

 

Noyabrın 6-dan Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlamağa başlayıb. Etirazlara səbəb xidmətlərini xeyli ucuz qiymətə qoyan Ukrayna daşıyıcıları ilə rəqabətdə məğlubiyyət olub.

 

Bundan əvvəl Ukrayna Polşaya birgə sərhəd nəzarəti tətbiq etməyi təklif edib.

 

Müəllif: Miri