Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ  idxalçılardan dəniz məhsulları təsdiqini tələb etməyə başlayıb

ABŞ  idxalçılardan dəniz məhsulları təsdiqini tələb etməyə başlayıb

DÜNYA

293

23.12.2023, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Gömrük və Sərhəd Mühafizəsi balıq və dəniz məhsulları idxal edənlərdən idxal etdikləri məhsulların Rusiya mənşəli olmadığına dair sübut təqdim etməyi tələb edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə qurumun saytında məlumat verilir.

 

Qeyd olunur ki, qadağa üçüncü ölkələrdə emal olunan Rusiya məhsullarına şamil edilir.

 

Bu həftə Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi və bu sanksiyalara əsasən, Amerika dövlətlərinə üçüncü dövlətdə emal olunsa belə, Rusiya balıq və almazlarını idxal etmək qadağan edilib.

 

Bundan əlavə, səlahiyyətlilərin Rusiya hərbi sənayesinin xeyrinə əməliyyatlardan şübhələndiyi hər hansı xarici bankı ABŞ-ın maliyyə sistemindən ayırmaq mümkün olacaq.

 

Ümumrusiya Balıqçılıq Təsərrüfatı Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının (VARPE) prezidenti German Zverev, müvafiq qadağanın ABŞ bazarına təsir edəcəyini bildirdi.

 

Bundan əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

 

Müəllif: Miri