Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Qəzzadakı vəziyyəti Amerikanın Vyetnamdakı kampaniyası ilə müqayisə edib

ABŞ Qəzzadakı vəziyyəti Amerikanın Vyetnamdakı kampaniyası ilə müqayisə edib

DÜNYA

335

22.12.2023, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin Qəzza zolağındakı hərbi əməliyyatını intensivliyinə görə Amerikanın Vyetnamdakı kampaniyası ilə müqayisə etmək olar.

 

Oxu24.com  CNN-ə istinadən xəbər verir ki, bu fikri ABŞ hərbi kəşfiyyatının keçmiş analitiki və BMT-nin hərbi cinayətlər üzrə keçmiş müstəntiqi Mark Qarlasko bildirib.

 

"Müqayisə etmək üçün (Qəzza zolağındakı döyüşlərlə - redaktorun qeydi) Vyetnam müharibəsinə qayıtmalı olacaqsınız", deyə Garlasco  bildirib.

 

CNN-in hesabatında qeyd edildiyi kimi, İsrail iki aydan çox müddət ərzində “ağır hava bombardmanını amansız artilleriya zərbələri ilə birləşdirərək” yüksək intensivlikli kampaniya aparıb.

 

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağının mərkəzi hissəsindəki Cohor əl-Dik bölgəsində ötən həftə İsrailə qarşı hücumlarda istifadə edilmiş böyük silah anbarı və uzaqmənzilli raket atıcılarının olduğu anbar aşkar ediblər. 

 

Əvvəllər bildirilmişdi ki, İsrail ordusu girovların axtarışında və radikal Fələstinin HƏMAS hərəkatının istifadə etdiyi iddia edilən kəşfiyyat tunellərində ABŞ istehsalı olan ucuz pilotsuz uçuş aparatlarına daha çox etibar edir.

 

Müəllif: Nigar