ABŞ Hörmüzə hücum etdi
29 Noyabr 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
495
22.12.2023, 13:55
Oktyabr ayında Fələstin-İsrail münaqişəsinin başlanmasından sonra İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən Misirə sərhədlərinin açılması və Qəzza zolağından fələstinlilərin qəbulu üçün təzyiq göstərməsini istəyib, lakin rədd edilib.
Oxu24.com xəbər verir ki,Bu barədə Amerikanın “Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Oktyabrın 7-də HƏMAS-ın ölümcül hücumundan bir neçə gün sonra İsrailin baş naziri Benyamin Netanyahu prezident Baydendən Misir prezidentinə ölkəsinin sərhədlərini açması və Qəzzada olan 2 milyondan çox fələstinlinin əksəriyyətini qəbul etməsi üçün təzyiq edə biləcəyini soruşub. ", nəşr yazır.
Cavabında Bayden Netanyahuya bu ideyanın Misir hökuməti ilə rezonans doğurmadığını bildirib.
Qəzet yazır ki, Qahirə fələstinli qaçqınları qəbul etməkdə maraqlı olmadığını və onların “kütləvi yerdəyişmələrində heç bir rol oynamadığını” açıqlayıb.
Bundan əlavə, Netanyahu İsrailə səfərləri zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makrona da oxşar tələblə müraciət etsə də, bu tələblər rədd edilib.
Bir çox İsrail rəsmiləri ABŞ və İsrail arasında Qəzzanın gələcəyi ilə bağlı kəskin fikir ayrılıqlarını vurğulayaraq bu tələbi dəstəkləməyə davam edir.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, Vaşinqton Qəzza zolağında HƏMAS radikal qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirmək üçün İsrailə son tarix təyin etməyəcək.
Bundan əvvəl Baydenə İsrailə təzyiq göstərməyi xahiş edən məktub yazılmışdı.
Müəllif: Miri
10:00 / 29 Noyabr 2026
15
09:58 / 29 Noyabr 2026
29
09:54 / 29 Noyabr 2026
40
09:15 / 29 Noyabr 2026
90
01:31 / 29 Noyabr 2026
207
01:22 / 29 Noyabr 2026
203
00:11 / 29 Noyabr 2026
270
23:56 / 28 Noyabr 2026
536
23:47 / 28 Noyabr 2026
217
23:36 / 28 Noyabr 2026
853
23:13 / 28 Noyabr 2026
232
22:57 / 28 Noyabr 2026
237
22:29 / 28 Noyabr 2026
246
22:11 / 28 Noyabr 2026
236
22:01 / 28 Noyabr 2026
219
21:50 / 28 Noyabr 2026
241
21:34 / 28 Noyabr 2026
221
21:22 / 28 Noyabr 2026
253
20:57 / 28 Noyabr 2026
328
20:40 / 28 Noyabr 2026
245
20:24 / 28 Noyabr 2026
246
20:16 / 28 Noyabr 2026
240
20:04 / 28 Noyabr 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.