Qaynar xətt:

(+99450) 247 90 86

NYT: Daha 16 ştat Trampı seçkilərdən kənarda saxlamağı tələb edib

NYT: Daha 16 ştat Trampı seçkilərdən kənarda saxlamağı tələb edib

DÜNYA

324

21.12.2023, 14:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daha 16 ştat Koloradodan nümunə götürmək qərarına gəlib və ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına qadağa qoyulmasını tələb edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə mənbələrə istinadən The New York Times  məlumat yayıb.

 

Onların məlumatına görə, hazırda 16 ştat Trampın ABŞ prezidenti ola bilməyəcəyi ilə bağlı iddialara baxır.

 

Xatırladaq ki, daha əvvəl Kolorado Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə bağlı işlərdə ona qarşı irəli sürülən ittihamlara görə ABŞ prezidenti seçilmək hüququna malik olmadığı barədə qərar çıxarmışdı. 

 

Müəllif: Miri