İsrail mətbuatı: Netanyahu İsraili ABŞ-da ən pis vəziyyətinə gətirib çıxarıb
25 Sentyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
413
20.12.2023, 19:46
Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avrodan çox dəyərindəki aktivlərini müsadirə edərək büdcəyə keçirməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki,müvafiq sorğu Frankfurt am Main məhkəməsinə təqdim edilib.
“Der Spiegel” əvvəlcə Prokurorluğun planları haqqında yazıb, sonra nəzarət agentliyinin özü bu məlumatı təsdiqləyib.
Söhbət Rusiya maliyyə qurumunun Frankfurt-Mayndə bankdakı hesabında sanksiyalar çərçivəsində dondurulmuş vəsaitdən gedir, Baş Prokurorluq bildirib ki, müsadirə tələbi sanksiyalardan yayınma cəhdi ilə bağlıdır. Nəzarət orqanı digər təfərrüatları açıqlamayıb.
“Der Spiegel” öz növbəsində yazır ki, 720 milyon avro Moskva Birjasının Milli Hesablaşma Depozitarına (NSD) yerləşdirdiyi vəsaitdir. NSD 2022-ci ilin iyununda sanksiyalara məruz qalıb.
Məhdudlaşdırıcı tədbirlərin elan edildiyi gün NSD nümayəndələri bu vəsaitləri JP Morgan-ın Almaniya bölməsindəki hesablardan Milli Klirinq Mərkəzinin - Moskva Birjasının bölməsi - Commerzbank-dakı hesablarına çıxarmağa çalışıblar.
Hər iki bank köçürməni həyata keçirməkdən imtina edib.
Almaniya Baş Prokurorluğu vəsaitlərin çıxarılması cəhdini sanksiyalardan yayınma kimi qiymətləndirir və bu, onun fikrincə, aktivlərin müsadirə edilməsi üçün formal əsas verir.
Müəllif: Nigar
00:17 / 26 Sentyabr 2026
51
00:09 / 26 Sentyabr 2026
54
23:58 / 25 Sentyabr 2026
48
23:54 / 25 Sentyabr 2026
61
23:51 / 25 Sentyabr 2026
63
23:48 / 25 Sentyabr 2026
57
23:36 / 25 Sentyabr 2026
67
23:30 / 25 Sentyabr 2026
53
23:21 / 25 Sentyabr 2026
53
23:17 / 25 Sentyabr 2026
62
23:08 / 25 Sentyabr 2026
59
23:05 / 25 Sentyabr 2026
53
23:02 / 25 Sentyabr 2026
51
22:57 / 25 Sentyabr 2026
52
22:47 / 25 Sentyabr 2026
69
22:46 / 25 Sentyabr 2026
57
22:40 / 25 Sentyabr 2026
213
22:36 / 25 Sentyabr 2026
55
22:24 / 25 Sentyabr 2026
286
22:19 / 25 Sentyabr 2026
67
22:10 / 25 Sentyabr 2026
163
22:07 / 25 Sentyabr 2026
60
21:47 / 25 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.