Qaynar xətt:

(+99450) 247 90 86

Çində zəlzələ nəticəsində ölənlərin sayı 131-ə çatıb

Çində zəlzələ nəticəsində ölənlərin sayı 131-ə çatıb

DÜNYA

329

20.12.2023, 19:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı 131 nəfərə çatıb.
 

Oxu24.com  xəbər  verir  ki,yerli hökumətlərin verdiyi açıqlamaya görə, Qansu əyalətində 113, qonşu Qinghai əyalətində isə 18 nəfər ölüb.

 

Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) bildirib ki, 6,2 bal gücündə zəlzələ dekabrın 18-də gecə yarısına bir dəqiqə qalmış baş verib, episentri Cishishan Bao'an Donxiang və Salar Muxtar Dairəsində olub.

 

Zəlzələ nəticəsində iki dövlətin sərhədinə yaxın bölgədə çoxlu sayda ev dağılıb, su və elektrik şəbəkələri, nəqliyyat infrastrukturu və rabitə şəbəkələri zədələnib.

 

Zəlzələ nəticəsində 1000-dən çox insan xəsarət alıb, zərər çəkmiş yaşayış məntəqələrində 87 min insan təhlükəsiz ərazilərə yerləşdirilib.

 

 

Mövsümi soyuq dalğanın təsir etdiyi bölgədə temperaturun 14 dərəcə şaxtaya enməsi axtarış-xilasetmə işlərini çətinləşdirir.

 

 

Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələdə evi dağılan və ya zədələnən vətəndaşların məskunlaşması üçün çadır qıtlığı yaranıb.

 

Müəllif:Afət