Qaynar xətt:

(+99450) 247 90 86

Moldovanın MDB-dən nə vaxt çıxacağı məlum olub

Moldovanın MDB-dən nə vaxt çıxacağı məlum olub

DÜNYA

371

20.12.2023, 19:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moldova nəhayət 2024-cü ilin sonuna qədər MDB-dən çıxacaq.

 

Oxu24.com  xəbər  verir  ki,bunu dekabrın 20-də respublika parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib.

 

“Biz bu yaxınlarda müdafiə və təhsil sahəsində üç sazişi denonsasiya etdik. Demək olar ki, son mərhələdəyik. Biz qarşımıza məqsəd qoymuşuq ki, 2024-cü ilin sonuna qədər hər şeyi başa çatdıraq”, – deyə Sputnik Moldova onun sözlərini sitat gətirir.

 

Onun fikrincə, Moldova MDB-dən çıxmaqdan iqtisadi zərər görməyəcək və hətta bundan faydalanacaq, çünki o, təşkilata töhfələr ödəməli olmayacaq.

 

O, müxalifətin bu barədə narahatlığını “manipulyasiya və dezinformasiya” adlandırıb.

 

Müəllif: Miri