Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ amerikalı məhbuslar qarşılığında Nikolas Maduronun müttəfiqini azad edəcək

ABŞ amerikalı məhbuslar qarşılığında Nikolas Maduronun müttəfiqini azad edəcək

DÜNYA

282

20.12.2023, 18:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerika administrasiyası həbsdə olan Amerika vətəndaşları müqabilində Venesuela prezidenti Nikolas Maduronun yaxın müttəfiqini azad edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Associated Press öz mənbələrinə istinadən məlumat yayıb.

 

Onların məlumatına görə, söhbət venesuelalı Aleks Saabdan gedir.

 

O, 12 iyun 2020-ci ildə Sal adasındakı Amílcar Cabral hava limanında Cape Verde hakimiyyəti ilə İnterpol arasında birgə əməliyyat çərçivəsində həbs edilib.

 

Onlar ABŞ-ın verdiyi beynəlxalq həbs orderi əsasında hərəkət edirdilər. Birləşmiş Ştatlar onun Venesuela büdcəsindən pulları ABŞ-dakı qurumlar vasitəsilə yuduğunu iddia edib.

 

Saab 2021-ci ilin oktyabrında Kabo-Verdedən ABŞ-a ekstradisiya edilib.

 

AP-nin məlumatına görə, Venesuela Venesuelada saxlanılan ən azı 10 Amerika vətəndaşını azad edəcək. Eyni zamanda, Reuters yazır ki, söhbət 36 nəfərdən, o cümlədən 12 amerikalıdan gedir.

 

Müəllif: Nigar