Qaynar xətt:

(+99450) 247 90 86

İsrail səfiri HƏMAS-ın əsirliyində saxlanılan rusların sayına aydınlıq gətirib

İsrail səfiri HƏMAS-ın əsirliyində saxlanılan rusların sayına aydınlıq gətirib

DÜNYA

292

19.12.2023, 13:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Üç Rusiya vətəndaşı Fələstinin Həmas qruplaşmasının əsiri olaraq qalır.

 

Oxu24.com xəbər  verir  ki,bunu “Rossiya-24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

 

Onun sözlərinə görə, HƏMAS-ın əsirliyində təxminən 130 nəfər qalıb.

 

“Mən hesab edirəm ki, bunlardan 11-i İsrail vətəndaşlığı olmayan başqa ölkələrin vətəndaşlarıdır. <…> Onların bəzilərinin Rusiya vətəndaşlığı var, məncə, üç [rus] var”, - Zvi bildirib.

 

Bundan əvvəl Rusiya Federasiyası vətəndaşları arasında anklavdan təxliyə edilən fələstinli həkim İsmayıl Bəşir bəzi Rusiya vətəndaşlarının naməlum səbəblərdən Qəzza sektorunu tərk etmədiyini bildirib.

 

Dekabrın 18-də Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Varşavada Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və İsrailin Mossad kəşfiyyatının rəhbəri David Barnea ilə görüşərək girovların azad edilməsi ilə bağlı yeni sazişi müzakirə edəcəyi bildirilmişdi.

 

Bundan əvvəl HƏMAS ilk girovları azad edib.

 

Müəllif: Nigar