Qaynar xətt:

(+99450) 247 90 86

Uşaq göyərçindən virusa yoluxduqdan sonra ölüb

Uşaq göyərçindən virusa yoluxduqdan sonra ölüb

DÜNYA

397

17.12.2023, 22:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göyərçindən virusa yoluxma iki yaşlı qızın ölümünə səbəb olub.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Daily Mail məlumat yayıb.

 

İki yaşlı qız uşağı qızdırma, ürəkbulanma və qusma ilə Avstraliyada Prince of Wales xəstəxanasına yerləşdirilib.

 

Altı həftə əvvəl o, leykemiya üçün ikinci kimyaterapiya kursunu tamamlamışdı.

 

Xəstənin vəziyyəti pisləşdi və bir sıra epileptik tutmalar keçirdi. Həkimlər qızın bütün dünyada vəhşi və ev quşları arasında yayılmış virusun yaratdığı Nyukasl xəstəliyinə tutulduğunu aşkar ediblər.

 

Testlər göstərdi ki, onun bədənindəki virus əvvəllər göyərçinlərdə tapılan variantlara bənzəyir.

 

Həkimlər onun quş nəcisinə toxunaraq yoluxmuş ola biləcəyinə  şübhələnirlər.

 

Virus əleyhinə dərmanlar, antibiotiklər və antikonvulsanlar qızın sağalmasına kömək etməyib.

 

O, virusun yaratdığı ensefalit səbəbindən xəstəxanaya yerləşdirildikdən təxminən bir ay sonra vəfat edib.


Nyukasl xəstəliyi ilk dəfə 1926-cı ildə aşkar edildiyi şəhərin adını daşıyır.

Adətən insanlarda xəstəlik konjonktivitə gətirib çıxarır və tez keçir.

 

Quşlarda APMV-1 virusu müxtəlif ölümcül nevroloji simptomlara səbəb olur.

 

Müəllif: Nigar