Qaynar xətt:

(+99450) 247 90 86

Macarıstan Bolqarıstanı təhdid etdi

Macarıstan Bolqarıstanı təhdid etdi

DÜNYA

390

16.12.2023, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Macarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməsə, Bolqarıstana Şengen zonasına daxil olmasına veto qoyacağı ilə bağlı xəbərdarlıq edib,

 

Oxu24.com  xəbər  verir  ki,Macarıstanın xarici işlər naziri Peter Siyarto Pannon RTV telekanalına müsahibəsində bildirib.

 

“Əgər bu tədbir uzun müddət davam edərsə və Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhdid edərsə, biz onların Şengen zonasına üzvlüyünə veto qoyacağıq”, - deyə xarici işlər naziri bildirib.

 

O, Bolqarıstanın Şengenə qoşulması ilə bağlı qərarın yaxın vaxtlarda verilə biləcəyini və Sofiyanın daha əvvəl ölkə parlamenti tərəfindən qəbul edilmiş qaz tariflərinin artırılması haqqında qanunu ləğv etmək barədə düşündüyünü qeyd edib.

 

Müəllif:Nigar