İsrail mətbuatı: Netanyahu İsraili ABŞ-da ən pis vəziyyətinə gətirib çıxarıb
25 Sentyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
388
16.12.2023, 22:32
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, ölkə hökuməti ABŞ-la dördüncü nəsil F-16 Block 70 qırıcılarının alınması ilə bağlı danışıqları başa çatdırıb.
Oxu24.com xəbər verir ki, bu barədə yerli CNN Türk telekanalı məlumat yayıb.
Materialda Ankaranın Amerika istehsalçılarından 40 təyyarə almaq niyyətində olduğu göstərilir.
Həmçinin, jurnalistlərin fikrincə, Vaşinqton respublikaya mövcud təyyarələrinin modernləşdirilməsində yardım göstərə bilər.
Eyni zamanda, nəşrin müəllifləri qeyd ediblər ki, yüksək ehtimalla tərəflər bu əməliyyatın həyata keçirilməsi ilə bağlı müsbət qərar qəbul edəcəklər.
Öz növbəsində Türkiyə hərbi idarəsinin rəisi yaxın vaxtlarda ölkəyə F-16-ların tədarükünə başlanacağına ümid etdiyini bildirib.
Nazirin dediyi kimi, danışıqların uğurla başa çatması üçün ən mühüm amillərdən biri dövlətlər arasında qarşılıqlı məhdudlaşdırıcı tədbirlərin olmaması olub.
O, həmçinin əlavə edib ki, Ankara Vaşinqtonun regiondakı gücünü və rolunu yüksək qiymətləndirməsinə ümid edir.
Dekabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə telefon danışığı apardığını bildirib.
Söhbət zamanı Ağ Evin sahibi respublika rəhbərini F-16 Blok 70 qırıcılarının satışına müsbət münasibət bəslədiyinə inandırıb.
Bundan əvvəl Türkiyə ABŞ-dan İsveçin NATO-ya daxil olması müqabilində F-16 qırıcılarının satışına dair sazişi təsdiq etməyi tələb edib.
Müəllif: Nigar
00:17 / 26 Sentyabr 2026
97
00:09 / 26 Sentyabr 2026
86
23:58 / 25 Sentyabr 2026
83
23:54 / 25 Sentyabr 2026
86
23:51 / 25 Sentyabr 2026
96
23:48 / 25 Sentyabr 2026
87
23:36 / 25 Sentyabr 2026
92
23:30 / 25 Sentyabr 2026
70
23:21 / 25 Sentyabr 2026
76
23:17 / 25 Sentyabr 2026
82
23:08 / 25 Sentyabr 2026
86
23:05 / 25 Sentyabr 2026
70
23:02 / 25 Sentyabr 2026
71
22:57 / 25 Sentyabr 2026
77
22:47 / 25 Sentyabr 2026
92
22:46 / 25 Sentyabr 2026
71
22:40 / 25 Sentyabr 2026
334
22:36 / 25 Sentyabr 2026
72
22:24 / 25 Sentyabr 2026
371
22:19 / 25 Sentyabr 2026
85
22:10 / 25 Sentyabr 2026
224
22:07 / 25 Sentyabr 2026
74
21:47 / 25 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.