Qaynar xətt:

(+99450) 247 90 86

Baltalı şəxs bank filialını dağıdıb

Baltalı şəxs bank filialını dağıdıb

DÜNYA

430

15.12.2023, 18:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Nijnevartovska şəhərində  hücum edən şəxs bank filialının yanında dayanmış avtomobilləri sıradan çıxarıb.

 

Oxu24.com  Rusiya mətbuatına istinadən  xəbər  verir  ki,hadisə 60 Let Oktyabrya küçəsində qeydə alınıb.

 

"Adam əlində balta ilə bank filialına daxil olub. Orada soyğunçuluq törədib - kompüterləri və stolları sındırıb", - mənbə REN TV-yə bildirib.

 

O, polis idarəsindən çıxandan sonra yaxınlıqdakı avtomobilləri sındırıb.

 

Qeyd olunur ki, cinayət törədərkən həmin şəxs videokonfrans vasitəsilə kiminləsə danışıb.

 

Hadisə yerinə 6 polis qrupu gedib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qalmaqallı şəxsi saxlayıblar.

 

Bu məlumatı Xantı-Mansi Muxtar Dairəsi üzrə Daxili İşlər Nazirliyi təsdiqləyib.

 

Məlumata görə, kişi psixo-nevroloji dispanserə müşayiət olunub.

 

Müəllif: Nigar