Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Rusiyanın Polşa sərhədlərinə girəcəyini proqnozlaşdırmışdı

ABŞ Rusiyanın Polşa sərhədlərinə girəcəyini proqnozlaşdırmışdı

DÜNYA

394

14.12.2023, 15:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qərb Ukrayna münaqişəsinin həlli istiqamətində addımlar atmasa, Rusiya ordusu Polşa sərhədinə doğru yürüş etmək məcburiyyətində qalacaq.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor George Galloway YouTube kanalına müsahibəsində bildirib.

 

Hərbçi qeyd edib ki, münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün Qərb Ukraynaya hərbi dəstəyi dayandırmalıdır.

 

Makqreqorun fikrincə, ABŞ və Qərb müttəfiqlərinin hərəkətləri Rusiya Federasiyasını daha da irəli getməyə məcbur edə bilər.

 

“Əgər biz bu mənasız münaqişəyə son qoymasaq, nəinki Ukraynanı bir dövlət olaraq məhv edəcəyik, həm də Rusiyanı daha da qərbə doğru getməyə məcbur edəcəyik”, o vurğulayıb.

 

Bundan əvvəl Pentaqonun keçmiş müşaviri Rusiyanın Odessa və Xarkovu ala biləcəyini etiraf edib. Polkovnik vurğulayıb ki, Rusiya qoşunları münaqişədə təşəbbüsü ələ keçirib.

 

Müəllif: Miri