Qaynar xətt:

(+99450) 247 90 86

Bütün məmurları işdən qovdu

Bütün məmurları işdən qovdu

DÜNYA

374

13.12.2023, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın bütün xüsusi xidmət orqanlarının rəhbərləri ölkənin yeni baş naziri Donald Tuskun qərarı ilə vəzifələrindən gediblər.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Zet məlumat yayıb.

 

Polşa Seyminin müvafiq komissiyası Tuskun təklifi ilə bütün kəşfiyyat xidmətlərinin rəhbərlərini vəzifədən azad edib. Milli Məclisin qərarı ilə Daxili Təhlükəsizlik İdarəsinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarənin, Kəşfiyyat İdarəsinin, eləcə də Hərbi Kəşfiyyat və Hərbi Əks-kəşfiyyat Xidmətinin rəhbərləri tutduqları vəzifələrdən gediblər.

 

Dekabrın 13-də səhər saatlarında Tusk Polşa prezidenti Anjey Duda tərəfindən and içərək, ölkənin tamhüquqlu yeni baş naziri oldu.

 

Dekabrın 12-də axşam saatlarında Polşa Seymində keçirilən səsvermə zamanı “Vətəndaş platforması” partiyasının liderinin başçılıq etdiyi Nazirlər Kabinetini 248 deputat dəstəkləyib. 201 deputat əleyhinə səs verib.

 

Müəllif: Miri