Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
385
13.12.2023, 19:14
Rusiya NATO təyyarələrini vuracaq.
Oxu24.com xəbər verir ki,Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib ki, Rusiya xüsusi əməliyyat zonasında NATO bazalarından havaya qalxan F-16 qırıcılarından istifadəni münaqişədə iştirak kimi qiymətləndirəcək.
“Biz qəti şəkildə xəbərdarlıq edirik ki, bu qırıcıların NATO üzvü olan bu ölkələrin ərazisindən istifadə edilməsi Moskva tərəfindən onların Ukraynadakı münaqişədə iştirakı kimi qiymətləndiriləcək və Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək”, o, ATƏT-in plenar iclasında bildirib.
Qavrilov bildirib ki, əvvəllər Qərbdə Ukrayna aerodromlarının ciddi şəkildə dağıdılması səbəbindən F-16-ların Polşa, Rumıniya və Slovakiyadakı hava bazalarından havaya qalxa biləcəyi barədə fikirlər yayılmağa başlayıb.
Diplomat əlavə edib ki, ABŞ və onun peykləri ölkəmizin qərb sərhədlərində təhlükəsizlik təhdidləri yaratmaqda davam edir.
Onlar artıq qlobal dominantlıq iddiası ilə siyasətlərinin aqressiv mahiyyətini gizlətməyi dayandırıblar.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirmişdi ki, Ukrayna hakimiyyəti müttəfiqləri ilə təkcə F-16 deyil, digər təyyarə modellərinin də təhvil verilməsi ilə bağlı danışıqlar aparır.
Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, döyüş təyyarələri Ukraynaya döyüş meydanında vəziyyəti dəyişməyə kömək etməyəcək, Kiyev və onun müttəfiqləri münaqişədə uzun və mürəkkəb hərbi əməliyyatlara hazırlaşmalıdırlar.
Müəllif:Miri
12:03 / 29 Noyabr 2026
1
12:00 / 29 Noyabr 2026
16
11:33 / 29 Noyabr 2026
88
10:55 / 29 Noyabr 2026
90
10:25 / 29 Noyabr 2026
139
10:24 / 29 Noyabr 2026
314
10:00 / 29 Noyabr 2026
241
09:58 / 29 Noyabr 2026
116
09:54 / 29 Noyabr 2026
113
09:15 / 29 Noyabr 2026
134
01:31 / 29 Noyabr 2026
228
01:22 / 29 Noyabr 2026
216
00:11 / 29 Noyabr 2026
294
23:56 / 28 Noyabr 2026
613
23:47 / 28 Noyabr 2026
232
23:36 / 28 Noyabr 2026
957
23:13 / 28 Noyabr 2026
246
22:57 / 28 Noyabr 2026
251
22:29 / 28 Noyabr 2026
261
22:11 / 28 Noyabr 2026
253
22:01 / 28 Noyabr 2026
230
21:50 / 28 Noyabr 2026
349
21:34 / 28 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.